Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
538

İkinci Şopinq Festivalı sərfəli qiymətlərlə alıcıların görüşünə gəlir

Bu payız Bakıda keçiriləcək mötəbər tədbirlərin sırasına daha biri əlavə olunur. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə təşkil olunan ikinci Bakı Şopinq Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Yerli əhalinin və turistlərin bu festivalda iştirakı onlara bir çox əlverişli fürsətlər qazandıracaq. Vaxtına, puluna qənaət etmək istəyən, eləcə də keyfiyyətə üstünlük verən və zövqünə güvənənlər, bir ay boyunca təqdim ediləcək festival fürsətlərini qaçırmayın!

Dünya ölkələrində alıcılar şopinq festivallarını səbirsizliklə gözləyirlər. Bu cür tədbirlər alıcılara festivala qoşulmuş mağazalarda brend malları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Misilsiz Bakı Şopinq Festivalı vətəndaşlarımıza və şəhərimizin qonaqlarına hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır.

Alıcılara xüsusi kampaniya və endirim təklifi!

Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

Əvvəlcə alış-veriş et, sonra pulunu geri al!

“Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur.

Əlverişli imkanların ünvanı

Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında (http://bakushopfest.com/our-stores/ bölməsində) yerləşdiriləcək.                                                                 

Festivaldan yerli mağazalara müjdə!

Bakı şəhərində yerləşən istənilən mağaza Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar  iştirak üçün müraciət edə bilərlər. Sadələşdirilmiş vergi ödəyiciləri festival iştirakçısı olaraq, ƏDV qaytarılması xaric, festivalın digər imkanlarından yararlana bilərlər. Ənənəvi mərasimə qoşulmağın şərtləri ilə http://bakushopfest.com/merchant-terms/  keçidinə daxil olmaqla tanış ola bilərsiniz.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapmışdır.

İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

Festivalın iştirakçısı olmaq üçün info@bakushopfest.com elektron poçt ünvanı və ya 1547 qısa telefon  nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Aşağıdakı telefon nömrəsi və elektron poçt ünvanı vasitəsilə BSF haqqında ətraflı məlumat almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:

Telefon: 012-498-20-63

E-mail:media@bakushopfest.com
Web: www.bakushopfest.com

Media müraciətlər üçün: http://bakushopfest.com/for-media-inquiries/

XƏBƏRLƏR

17.10.2017 18:53
Heydər Əliyev Sarayında Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq
17.10.2017 18:50
Təbrizli aktyor Musiqili Teatrın “999-cu gecə”sində
17.10.2017 18:23
Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
17.10.2017 18:05
Opera və Balet Teatrında yeni mövsümün ilk premyera tamaşası
17.10.2017 17:58
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.10.2017 17:43
Sumqayıt şəhər Poeziya Evində Aprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilib
17.10.2017 17:41
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib
17.10.2017 17:22
Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupunun növbəti iclası keçirilmişdir
17.10.2017 16:56
Nazir müavini Nazim Səmədov ilə ABŞ-ın ölkəmizdəki səfirinin müavini Uilyam Qill arasında görüş keçirildi
17.10.2017 15:31
ATMU-nun dekan müavini Türkiyədə keçirilən beynəlxalq konqresin iştirakçısı olub
17.10.2017 14:02
Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək
17.10.2017 13:59
Növbəti Bakı Şopinq Festivalı bayramı başladı!
17.10.2017 12:24
Nazir Əbülfəs Qarayev İranlı yazıçı Mustafa Məsturu qəbul etmişdir
17.10.2017 11:24
Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” adlı sərgi keçiriləcək
17.10.2017 11:23
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan silsilə tədbirlərə start verib
17.10.2017 11:18
Frankfurt şəhərində Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir baş tutdu
16.10.2017 17:50
“Qorqud Ata Aşıqlar Karvanı” beynəlxalq aşıq tədbiri keçirilmişdir
16.10.2017 16:51
Mədəniyyət və turizm naziri “Rossiya 24” kanalına müsahibə verib
14.10.2017 15:15
Frankfurt Beynəlxalq Kitab Sərgisi zamanı “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirildi
14.10.2017 14:58
BMT-nin baş katibi: “Bakı prosesi” mədəniyyətlərarası dialoqun dəstəklənməsində əsas yer tutur
13.10.2017 17:41
“Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçiriləcək
13.10.2017 17:36
"Günlərdən ŞEİR" adlı layihənin növbəti tədbiri həyata keçirildi
13.10.2017 16:11
Daşkənddə “SOQDİANA” Xalq Çalğı Alətləri Ansamblının yeni konsert sezonunun açılışında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub
13.10.2017 15:35
Şabran və Quba rayonlarında “Xeyirlə şərin rəqsi” bədii filmi tamaşaçılara təqdim edilib
13.10.2017 12:44
Frankfurt Beynəlxalq Kitab Yarmarkası çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib
12.10.2017 17:47
Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilmişdir
12.10.2017 17:18
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 6 tamaşa nümayiş etdirəcək
12.10.2017 16:34
İkinci Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi
11.10.2017 18:23
Azərbaycan Turizm Şurasının növbəti iclası keçirildi
11.10.2017 18:16
Musiqili Teatrda həftəsonu bir sıra maraqlı tamaşa nümayiş olunacaq
11.10.2017 18:14
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Kiyev şəhərində keçirilən “Mariya” adlı beynəlxalq monotamaşalar festivalında uğurla iştirak edib