Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu ilin ikinci yarısı üçün Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 1 may 2019-cu il tarixinədək Mədəniyyət Nazirliyi müsabiqə elan etmişdir.
Müsabiqə Komissiyasına təqdim olunmuş 36 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilmişdir:
“Zirvə mədəniyyət və İncəsənət” ictimai birliyinin “Yeniyetmə və gənclərimiz ermənilər tərəfindən dağıdılmış maddi-mənəvi, tarixi mədəniyyət abidələrimizi tanısın və tanıtsın” adlı layihəsi;
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi ictimai birliyinin “Azərbaycan mədəniyyətinin incisi hesab olunan kəlağayı sənətini yaşadaq, inkişaf etdirək və dünyaya tanıdaq ” adlı layihəsi;
“Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə Təşkilatı” ictimai birliyinin “Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işlərinin təşkili” adlı layihəsi
“Üçüncü sektor” ictimai birliyinin “Kitaba qayıdış-kitab oxuma mədəniyyətinin uşaqlar arasında təbliği” adlı layihəsi
“Murad Əlillər” ictimai birliyinin “Bizim yaşam gücümüz” adlı layihəsi
“Erməni təcavüzünün tanıdılması” ictimai birliyinin “Su üzərinə” adlı layhəsi
“Müvəkkil Hüquq Mərkəzi” ictimai birliyinin “Azərbaycan xalqının qeyri-maddi mədəni irsinə yönəlik təhdidlərin aradan qaldırılması istiqamətində təşəbbüslər” adlı layihəsi
“Azərbaycan Qadınlarının Haqları Müdafiə mərkəzi” ictimai birliyinin “Xalq teatrı xalqımızın zəngin, mədəni irsinin göstəricisidir” adlı layihəsi
“Mədəniyyətin və Milli Ənənələrin təbliği” ictimai birliyinin “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə aid Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan hissəsində yerləşən Nərgiztəpə tarixi mədəni abidə haqqında azərbaycan dilində sənədli filmin çəkilməsi” adlı layihəsi
“Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin “İşğal altında zərər çəkmiş mədəni-tarixi irsimizin şəhidlərin diliylə gənc nəsilə çatdırılması” adlı layihəsi