Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsi
Respublikada simli, nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2018-ci ilin aprel-may aylarında gənc ifaçıların simli, nəfəsli və zərb alətləri üzrə respublika müsabiqəsini keçirir.
Əsasnaməni buradan endirə bilərsiniz.