Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR:
Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizənin surəti
- əmək kitabçasının surəti
- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)
- 1 ədəd ağ fonda rəngli fotoşəkil ( 3 x 4 sm ölçüdə)
- son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.
Müsahibədə iştirak etmək üçün ərizələr 15 avqust 2017-ci il tarixdən 29 avqust 2017-ci il tarixədək saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnsan resurslar şöbəsinə müraciət edilə bilər.
Telefonlar: (012) 598-40-55, 493-02-60
İnternet sayt : www.mct.gov.az
Struktur bölmənin adı: Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi,
Vakant i vəzifə: baş məsləhətçi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84
Qulluq funksiyaları:
- daxil olmuş sənədlərlə tanışlıq;
- onlar haqqında şöbə müdirinə məruzə edilməsi və müdirin təlimatı əsasında sənədlərin şöbənin kompyüter reyestirnə daxil etdikdən sonra onların nazir, nazir müavinləri, aparat rəhbəri və müvafiq şöbə müdirlərinə təqdim edilməsi;
- şöbə və sektorlar tərəfindən hazırlanmış məktub, əmr, kollegiya qərarları və iş planlarının layihələri ilə tanış olması və onların aidiyyatı üzrə təqdim olunmasının təmin edilməsi;
- şöbə müdirinin tapşırığı ilə Nazirliyə daxil olan sənədlərə, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasına və icrasına nəzarət edilməsi;
- hər ay rəhbərliyə təqdim etmək üçün şöbələr üzrə icrada olan sənədlərin ümumi siyahısının hazırlanması, rəhbərliyə təqdim edilməsi, kollegiyanın müzakirəsinə çıxarılması məqsədi ilə analitik materialların hazırlanması və s.
Vəzifənin tutulması şərtləri:
Təhsil: : ali;
İş stajı: azı 2 il;
Kompüter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə);
Xarici dil: xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).