Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
273

MuzTV Azərbaycan kanalı peyk yayımına başlayır

Ölkəmizdə ilk musiqi internet televiziyası olan MuzTV Azərbaycan kanalı peyk yayımına başlayır. Fevralın 12-də bu münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbir keçirildi. Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri iştirak edirdilər.

Proqramın aparıcısı – Əməkdar artist Murad Dadaşov kanalın fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan incəsənətinin, musiqimizin təbliği sahəsində yeni imkanlar açan MuzTV 2012-ci il mayın 11-dən 2017-ci il oktyabrın 20-dək www.muztv.az saytı vasitəsilə yayımlanıb. İnternet televiziyası yayıma başladığı ilk gündən tamaşaçıya dünya və Azərbaycan musiqisinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, filmlərin, ayrı-ayrı proqramların canlı internet yayımları və canlı reportajlar kanalın əsas prioritetidir. Televiziya musiqi ilə bağlı informasiya bloku, eksklüziv xəbərlər və proqramlar hazırlayır və yayır. MuzTV Azərbaycan estradasının, milli musiqimizin klassik ənənəsinin və müasir inkişafının təqdimatçısı kimi çıxış edən televiziyadır.

Vurğulandı ki, televiziyanın yaradılmasında əsas məqsəd milli musiqi sənətini təbliğ etmək, insanın ruhunu qidalandıran musiqini ölməz mənəvi dəyər kimi çoxmilyonlu tamaşaçıya çatdırmaqdır: "MuzTV-nin məqsədlərindən biri də xalq musiqisinin öyrənilməsi və təbliğ olunması ilə bağlı ardıcıl layihələr hazırlamaq, xalq musiqisinin bazası əsasında yaradılan peşəkar milli musiqimizlə tamaşaçıları tanış etmək, Azərbaycanın zəngin və özünəməxsus muğam sənətini daha geniş auditoriyaya çatdırmaqdır".

Mərasimdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Azərbaycan mədəni həyatında son dərəcə əlamətdar hadisə baş verdiyini dedi: "Müslüm Maqomayevin adını daşıyan bu möhtəşəm salon hər zaman belə əlamətdar hadisələrə şahidlik edib. Radio, televiziya XX əsrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında mühüm rol oynayıb. Televiziyamızın ən ümdə vəzifəsi mədəniyyətimizi, incəsənətimizi yaşatmaq, maarifçiliyi yaymaqdır. MuzTV də Azərbaycan incəsənətinin təbliği üçün yeni imkanlar açacaq. Muğamlarımızın, xalq mahnılarımızın qorunması və təbliği, ayrı-ayrı musiqi proqramlarının canlı yayımı yeni televiziyanın hədəfindədir. Kanal tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni layihələri, proqramları və verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olacaq. Ümidvaram ki, telekanal bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin təbliğinə layiqli töhfələr verəcək".

Yaradıcı heyətə bir sıra tövsiyələr verən Milli Məclisin komitə sədri vurğuladı ki, bu kanalda Azərbaycan və dünya musiqi korifeyləri haqqında sənədli filmlər hazırlanmalı, insanların zövqünü oxşayan rəngarəng musiqilərə üstünlük verilməlidir.

Milli Məclisin deputatı Jalə Əliyeva informasiya məkanının geniş olduğu bir dövrdə tamaşaçı cəlb etmək üçün böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu dedi. Bildirdi ki, bu gün Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği istiqamətində dövlətimiz böyük işlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyəti, onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr xüsusilə qeyd olunmalıdır.

Milli Məclisin deputatı Novruz Aslan qeyd etdi ki, ölkəmizdə artıq peyk yayımına başlayan musiqi kanalının fəaliyyət göstərməsi və musiqimizi təbliğ etməsi olduqca sevindiricidir: “MuzTV-nin peyk yayımına başlaması böyük uğurdur. İnanıram ki, telekanal Azərbaycan musiqisinin təbliği istiqamətində mühüm işlər görəcək”.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov belə bir televiziyanın açılmasını mədəni zövqümüzün formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirdi. O, “Azərbaycanfilm” kinostudiyasının arxivində olan ən yaxşı musiqi nömrələrini MuzTV-yə təqdim etməyə hazır olduqlarını bildirdi: “Ümid edirəm ki, əməkdaşlığımız musiqimizin inkişafına gözəl töhfələr verəcək”.

Telekanalın direktoru Elnur Kələntərov bildirdi ki, MuzTV kabel televiziyaları vasitəsilə hər bir ailənin qonağıdır. O, son illər Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı və təbliği istiqamətində görülən işlərdən danışdı, bu istiqamətdə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələri xüsusi vurğuladı. Bütün iştirakçılara minnətdarlığını bildirən E.Kələntərov onlara bəslənən  ümidləri doğrultacaqlarına əminliyini ifadə etdi.

Sonra tədbir geniş konsert proqramı ilə davam etdi.

XƏBƏRLƏR

23.02.2018 18:06
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən yeni formatlı metodiki vəsaitlər hazırlanıb
23.02.2018 17:59
Mədəniyyət və turizm naziri İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü
23.02.2018 17:49
Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü yad edilib və “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib
23.02.2018 17:22
“Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və “Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimi
23.02.2018 16:32
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
23.02.2018 16:26
Üçüncü Buktreyler Festivalında iştirak şərtləri
23.02.2018 16:22
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı
23.02.2018 15:53
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçirildi
23.02.2018 14:34
Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il başa çatacaq
23.02.2018 12:44
Mədəniyyət və turizm naziri Göyçayda vətəndaşlarla görüşüb
23.02.2018 09:54
Xalq Artisti Süleyman Ələsgərovun xatirəsi anılıb
22.02.2018 17:03
Gənc Tamaşaçılar Teatrı həftəsonu 9 tamaşa təqdim edəcək
22.02.2018 16:59
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirildi
22.02.2018 16:56
Musiqili Teatr 8 Martda “Açıq qapı” günü keçirəcək
22.02.2018 15:17
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası "Global Healthcare Travel Forum"-unda təmsil olunub
22.02.2018 14:55
İran nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
22.02.2018 12:43
Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir
22.02.2018 10:00
Xalq Artisti Elza İbrahimovanın xatirəsi anılıb
21.02.2018 16:06
Musiqili Teatrda həftəsonu tamaşaları
21.02.2018 16:04
Turizm və Menecment Universitetində “Ana dilimiz-mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib
21.02.2018 16:01
İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək
21.02.2018 12:54
Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirildi
21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi