Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
15.12.2017 14:51
Elxan Cəlilov Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov  Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edib. Belə ki, İran İslam Respublikasının Tehran şəhərində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Aşıq Qərib adına “Beynəlxalq Aşıq Festivalı” keçirilib. İran, Türkiyə, Gürcüstan saz ustadlarının dəvət aldıqları festivalda Azərbaycanı Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edib. Festival çərçivəsində, dəvət almış aşıqların fərdi ifalarından sonra, bütün iştirakçıların birgə ifası ilə festivala yekun vurulub. Yüksək səviyyədə təşkil olunmuş festivalın bağlanış mərasimində çıxış edən İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi festivalın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.  Sonda bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub. ..
09.12.2017 16:24
Sabirabad rayon Mədəniyyət Mərkəzində “Məhəbbət və ağ ölüm” tamaşası nümayiş olunub04 -08 Dekabr 2017 –ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” narkomaniya əleyhinə maarifləndirici missiya keçirilməsi məqsədilə  qastrol səfərini təşkil etmişdir. Teatrın kollektivi Sabirabad rayon Mədəniyyət Mərkəzində həmin tamaşa ilə tamaşaçılar qarşısında çıxış etmişdir. Dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı xüsusən də gənc nəsil arasında maarifləndirmə tamaşanın əsas ideyasını təşkil edir.   Layihənin rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir. Quruluşçu rejissor Nicat Qəribdir. Tamaşada əməkdar artist Vaqif Kərimov, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Tural Xəlilzadə iştirak etmişdilər. ..
08.12.2017 19:16
Biləsuvarda “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu” adlı interaktiv tədbir həyata keçirilmişdirAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar rayonunun Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə 8 dekabr 2017-ci il tarixində Biləsuvarda  “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu” adlı interaktiv tədbir həyata keçirilmişdir. Təbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, əməkdaşları Elnarə Hacıyeva, Afaq Ağayeva, Aygün Balabəyova, Pərvanə Hüseynova,  AMEA Arxeologiya və Etnoqrafiya  İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru,  professor  Arif Məmmədov çıxış etmişlər.  Onlar öz çıxışlarında mədəniyyət işçilərini Qarabağ ərazisinin və Qarabağla bağlı olan bütün mədəniyyət nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu sübut edilməsində, bu mürəkkəb mövzunun dünya ictimaiyyətinə populyar, müasir və əlçatan şəkildə çatdırılmasında aktiv olmasına çağırmışlar. Eyni zamanda tədbir çərçivəsində “Azərbaycan milli-mədəni irsin təbliğində Vikipediya – açıq elektron ensiklopediyasının rolu” adlı təqdimat, “Ermənistan işğalçı siyasətinin nəticəsində dağıdılmış maddi-mədəni irs nümunələri” adlı elektron sərgisi və rayon məktəb şagirdlərinin Qarabağ haqqında rəsm sərgisi təqdim olunmuşdur.  Daha sonra xalq çalğı alətləri ansamblının ifasında “Qarabağ şikəstəsi” səsləndirilmişdir. Tədbirdə həmçinin, AMEA-nın Folklor İnstitutunun və Elmi-Metodiki Mərkəzin birgə layihəsi olan Qarabağın mədəni irsinə həsr olunmuş təbliğat xarakterli açıqçalar toplusunun təqdimatı keçirilmişdir, mədəniyyət işçilərinin iştirakı ilə “Mədəniyyətimizin qorunması və təbliğində İKT potensiallarından səmərəli istifadəsində vətəndaş fəallığının rolu” adlı açıq diskussiya və milli mədəniyyətimizin təbliğində İKT-nin mühüm əhəmiyyətinə həsr olunmuş Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı təşkil olmuşdur.   ..
08.12.2017 19:13
İranda keçiriləcək “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalında ölkəmiz təmsil olunacaqSumqayıt Regional Mədəniyyət vəTurizm idarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov Beynəlxalq festivala dəvət almışdır. 10-11 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının Tehran şəhərində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə  “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçiriləcək. İran, Türkiyə, Gürcüstan saz ustadlarının dəvət aldıqları festivalda Azərbaycanı, Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edəcək. ..
07.12.2017 17:37
Yevlax şəhər Yaradıcılıq evində fəaliyyət göstərən Kukla Xalq teatrında “Necə ki boz ayı aldı elə ev payı” adlı kukla tamaşasının premyerası keçirilibYevlax şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan şəhər yaradıcılıq evində fəaliyyət göstərən Kukla Xalq teatrında “Necə ki boz ayı aldı elə ev payı” adlı kukla tamaşasının premyerası keçirilib. Tamaşa öncəsi şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlova çıxış edərək fidan balaları, gələn qonaqları salamlayıb və teatrın fəaliyyəti barədə qısa məlumat verib. Daha sonra Zöhrə Adgözəlova iştirakçıları Əzizə Əhmədovanın ssenarisi əsasında hazırlanmış “Necə ki boz ayı aldı elə ev payı” adlı kukla tamaşasını izləməyə dəvət edib. Tamaşa izləyicilər tərəfindən çox böyük hərarətlə qarşılanıb. Bundan başqa tamaşada qonaq qismində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələri o cümlədən valideynlər də iştirak edib. Maraq dolu anlarla yadda qalan tamaşa uşaqlarda müsbət keyfiyyətlərin inkişaf etdirilməsinə daha da stimul yaradıb. Sonda çıxışlar edilərək kollektivin uğurlu çıxışından söz açılıb və həqiqətən də çıxışın alqışlara layiq olması qeyd olunub. ..
06.12.2017 12:09
İrəvan teatrı regionlarda həyata keçirdiyi qastrol səfəri anşlaqla davam edirCəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 4 dekabr 2017-ci il tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsinə Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşası ilə İmişli rayonundan start verib. 4 dekabr 2017-ci il tarixində İmişli və Sabirabad rayonlarında oynanılan tamaşa anşlaqla keçib. Teatr layihəsi çərçivəsində reallaşan tamaşa dekabrın 5-də Samux, Goranboy rayonlarında anşlaqla keçərək, maraqla qarşılanıb. Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Niyaməddin Səfərəliyev ifa ediblər. ..
05.12.2017 11:03
Qazaxda Molla Pənah Vaqifin 300 illiyi qeyd edilibDekabrın 4-də Qazax şəhərinin Ədəbiyyat Muzeyində Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Konservatoriyasının və Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” birgə layihəsinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclisi, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, sonra M.P.Vaqifin, M.V.Vidadinin və S.Vurğunun Yuxarı Salahlı kəndindəki abidələri ziyarət olunub. Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov məclisi açaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq həm bölgələrdə, həm də respublikadan kənarda təşkil edilən silsilə tədbirlərdən danışıb, “Sirlər xəzinəsi” layihəsinin əhəmiyyətini, bu məclisin vaqifşünaslar, poeziyasevər və musiqisevərlər üçün bir töhfə olduğunu vurğulayıb. Daha sonra M.P.Vaqif haqqında sənədli film nümayiş olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, milli ədəbiyyatımızda xüsusi iz qoymuş şairin 300 illiyinin bütün türk dünyasında böyük təntənə ilə qeyd edilməsinin təqdirəlayiq hal olduğunu deyib. Daha sonra filologiya elmləri doktoru, professor Rüstəm Kamal şairin həyat və yaradıcılığı haqqında məruzə edib. Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair Barat Vüsal, Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, şair, AZƏRTAC-ın müxbiri Zərəngiz Dəmirçi Qayalı, şair Zaməddin Ziyadoğlu və digərləri çıxış edərək, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxana tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabları haqqında danışıb, bu əsərlərin türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildiriblər. Tədbir boyu İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı Molla Pənah Vaqifin şeirlərini oxuyub, Əməkdar Artist, Milli Konservatoriyanın müəllimi Firuz Səxavət, IV kurs tələbələri Zəfər Əhmədli (tar), Müşfiq Lətifov (kamança), Bayram Üzeyirov (ud), Azərbaycan Milli Konservatoriyasının müəllimi, xanəndə Vüqar Əliyev şairin qəzəllərindən və qoşmalarından ibarət muğam və təsniflər səsləndiriblər. Həmçinin Qazax aşıqları Məhəmmədəli Məşədiyev, Samir Allahverdiyev, Yaşar Gülümcanov, Şahin Süleymanov isə şairin şeirləri üzərində oxunan aşıq havalarını ifa ediblər. Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan Vaqifin zəngin həyat və yaradıcılığını özündə əks etdirən “Molla Pənah Vaqif-300“ adlı geniş kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.   ..
04.12.2017 15:11
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində seminar-müşavirə təşkil olunub.Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində seminar-müşavirə təşkil olunub. Seminar-müşavirə regional idarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə baş tutub. Seminar-müşavirədə gündəlikdə duran məsələlərlə birgə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Yevlax şəhərində vətəndaşlarla görüşündən sonra mədəniyyət işçiləri ilə keçirdiyi müşavirədən söz açılıb. Bununla yanaşı görüş çərçivəsində nazirin mədəniyyət sahəsində  aparılan təkmilləşdirmə prosesindən və mədəniyyət sahəsinin inkişaf etdirilməsi barədə səsləndirdiyi fikirlər seminar-müşavirə iştirakçılarına çatdırılıb. Həmçinin sözü gedən sahədə faktiki nöqsanlar da diqqətə çatdırılıb. Daha sonra regional idarənin rəisi İlyas Hacıyev qabaqcıl iş təcrübəsinin əldə edilməsi üçün məqsədyönlü layihələrdən söz açıb. O, qeyd edib ki, informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizi, onun mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik.  Seminar-müşavirədə Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı - music.mctgov.az saytı haqqında da məlumat verilib. Qeyd olunub ki, portalda ölkəmizdə musiqi sahəsində təhsil sisteminin fəaliyyəti, musiqi və incəsənət məktəblərində tədris, məktəblərə qəbul qaydaları ilə tanış olmaq olar. Bundan başqa saytda ustad dərsləri barədə video materiallar, metodiki vasitələr, musiqi alətləri haqqında məlumatlar da saytda əksini tapıb. Seminar-müşavirənin gündəliyində duran digər məsələlərdən biri isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni istifadəyə verilmiş regional mədəniyyət və turizm idarələrinin saytları olub. Sonda fəaliyyətinə görə fərqlənən mədəniyyət müəssisələri Fəxri Fərmanla təltif olunub. Qeyd edək ki, seminar-müşavirələr regional idarənin digər rayon və şəhər nümayəndəliklərində də keçirilib.    ..
04.12.2017 15:09
Samux Heydər Əliyev Mərkəzində “26 gün” adlı kitabın təqdimatı olubSamux Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin həyat yolundan bəhs edən “26 gün” adlı kitabın təqdimatı olub. Tədbirdə rayon rəsmiləri, şəhidin ailə üzvləri,  qonaqlar,  ictimaiyyət, gənclər və KİV nümayəndələri iştirak edib.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Rəsmi qonaqlar və iştirakçılar əvvəlcə mərkəzin foyesində şəhidin həyat yolundan bəhs edən foto güşə ilə tanış olublar. Samux Rayon Heydər Mərkəzinin Direktoru Aygün Həsənzadə  Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və nəticədə ərazilərimizin bir hissəsinin işğaldan azad edildiyinə diqqət çəkib. Fərman Əsədlinin də döyüşlərdə könüllü bir gənc kimi nümunəvi  iştirakından   onun kimi vətən oğullarının qəlblərdə daim yaşacağını dilə gətirib. Müəllif Gülnarə Sadiq qeyd edib ki,  “26 gün” adlı romanında şəhidin vətənə, orduya bağlığından geniş bəhs olunub. Aprel döyüşləri böyük qələbənin başlanğıc nöqtəsi kimi səciyyələndirilib. Şəhidin atası ehtiyyatda olan polkovnik-leytenant, Qarabağ Müharibəsi veteranı Elçin Əsədov oğlunun qanının yerdə qalmaycağına və işğal altında olan torpaqların tezliklə azad olunacğına əminlik ifadə edib.   ..