Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
415

Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirildi.

İdarə rəisi Mehman Şükürov müşavirəni açaraq 9 ay ərzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, hesabat dövrü ərzində tabe müəssisələrdə bir sıra tədbirlər keçirilib. Uğurlarla bərabər problemlərin də olduğunu bildirən idarə rəisi qeyd edib ki, idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri artıq ödənişli xidmətlə fəaliyyət göstərməlidir. Xüsusilə musiqi məktəbləri, muzey və rəsm qalereyalarının ödənişli xidmətə keçirilməsinin vacibliyini vurğulayan idarə rəisi klub müəssisələrində də ödənişli kursların sayının artırılması, insanların maraqlarına cavab verən kursların təşkili, eyni zamanda folklor kollektivlərinin yaradılması, sənətkarlıq növlərinin araşdırılaraq haqqında məlumatların hazırlanması və bununla əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı ciddi tapşırıqlarını verib.

“Mədəniyyət müəssisələrinə gənc kadrlar cəlb olunmalıdır. Yeni düşüncəyə, yeni fikrə ehtiyacımız var. Yeni təkliflər verilməli, layihələr həyata keçirilməlidir” deyən idarə rəisi ehtiyat kadrların hazırlanmasının vacibliyini vurğulayıb, işinə ciddi yanaşmayan, məsuliyyətsizlik edən, nizam-intizam qaydalarını pozan işçilər haqqında müvafiq tədbirlərin görüləcəyini bildirib.

Mehman Şükürov həmçinin musiqi məktəblərində təhsil alan istedadlı uşaqların aşkara çıxarılması və onların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması ilə bağlı fikirlərini bildirib.

Daha sonra idarə rəisinin müavini İlham Əhmədov çıxış edərək musiqi məktəblərində tarifikasıya işlərinin aparılması, müəssisələrdə aparılan daxili nəzarətin nəticələri ilə bağlı məlumat verib.

Sonra müşavirə iştirakçıları Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Diyarşünaslıq klubu tərəfindən Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılıblar. Tədbirdə klubun rəsm kursunun şagirdlərinin ifasında Pazl Art və digər rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub, gənc solistlərin ifasında Azərbaycana həsr olunmuş mahnılar dinlənilib, “Saz” qrupunun çıxışı, “Odlar yurdu” rəqs qrupunun ifasında rəqs nömrələri izlənilib. İstedadlı uşaqlar Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.

Tədbirin sonunda idarə rəisi Mehman Şükürov çıxış edərək tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, təşkilatçılara bayram tədbirinə görə təşəkkürünü bildirib, uğurlar arzulayıb.  

XƏBƏRLƏR

24.01.2019 10:25
Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının Nukus Dövlət İnstitutunda Azərbaycan ocağı yaradılacaqdır
23.01.2019 17:22
“Şəhid Şəhər” adlı Respublika Uşaq Rəsm müsabiqəsi elan olunur
23.01.2019 12:14
Özbəkistanda “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verildi
23.01.2019 09:24
Xalq artisti Hacı İsmayılov 75 yaşını doğma teatrın səhnəsində qeyd edib
22.01.2019 11:10
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək
22.01.2019 09:55
Azərbaycan Respublikasının mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək
21.01.2019 16:44
Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək
21.01.2019 12:31
Şərqdə ilk opera yazan qadın bəstəkar
21.01.2019 11:43
Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
20.01.2019 17:36
20 yanvar faciəsinə həsr olunmuş “Əsir qadın” tamaşası nümayiş olundu
20.01.2019 17:34
Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub
20.01.2019 13:51
Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20.01.2019 12:20
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib
19.01.2019 19:49
Filarmoniyada hüzn və qürur gününə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2019 16:57
Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
19.01.2019 16:33
Sumqayıtda “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirildi
19.01.2019 15:26
Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik günü - 20 yanvar hadisələri Özbəkistanda anıldı
18.01.2019 17:30
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019 17:04
Sabirabaddda vətənpərvərlik mövzusunda tədbirlər keçirildi
18.01.2019 16:32
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “Tarixiləşən Yaddaşımız” adlı tədbir keçirilmişdir.
18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı