Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
15.12.2017 14:48
Əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc ölkəmizdə turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb2017-ci ildə PASHA travel-ın təşəbbüsü və  Azərbaycan Turizm və Menecmentin Universitetinin dəstəyi ilə müxtəlif əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc  AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçiləri Attestasiyasından uğurla keçərək, Azərbaycan Respublikası ərazisində turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb.  Bu münasibətlə PASHA travel-ın ofisində hər üç tərəfin iştirakı ilə təltifetmə mərasimi olub. Gənc turizm bələdçiləri 5 aylıq-təcrübə və praktiki dərslərdən ibarət ixtisasartırma kursu keçib, fəxri bələdçilərdən ustad dərsləri alıblar. Bakı-Abşeron regionu üzrə marşrutlar və görməli yerlərə təşkil olunan model turlarda fərqlənən turizm bələdçiləri Dünya Turizm Bələdçiləri Assosasiyalar Federasiyasının beynəlxalq standartları əsasında qurulan bələdçi texniki peşə biliklərinə yiyələniblər. ATMU-nun Tədris işləri üzrə  prorektoru Eldar Aslanov AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçiləri Attestasiyası Komissiyasının ölkəmizdə bu istiqamətdə fəaliyyətini davam etdirdiyini, növbəti günlərdə digər məzun qruplarının təltifedilməsinin gerçəkləşdiriləcəyini diqqətə çatdırıb. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov məzunları təbrik edib və imtahan komissiyasinin üzvü kimi, gənc bələdçilərin turizm sənayesində ölkəmizi layiqincə təmsil etməyə hazır olduqlarını deyib. Sonda PASHA travel-in icraçı direktoru Florian Sengstschmid çıxış edərək, müvafiq məzunlarla birlikdə  Azərbaycanda ilk “BakuSightseeing.com” adlı onlayn tur bronlaşdırma platformasının yaradıldığını, adıçəkilən onlayn platformada turist auditoriyasına uyğun turların müxtəlifliyi nəzərə alındığından Bakıya təşrif buyuran qonaqların böyük marağına və təəccübünə səbəb olacağını deyib. ..
15.12.2017 14:46
Ali təhsil ocaqları ilə mehmanxana müəssisələrinin işbirliyi müzakirə olunduDekabrın 13-də “Divan Express” hotelində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ali təhsil ocaqları ilə mehmanxana müəssisələri arasında qarşılıqlı iş birliyi” mövzusunda elmi seminar keçirildi. Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsinin ölkəmizin turizm sənayesi üçün ixtisaslı kadr hazırlığından danışdı. Qeyd etdi ki, turizm sahəsində çalışacaq gənc kadrların hazırlanmasında istehsalat təcrübəsinin xüsusi önəmi var: “Bunun üçün ən yaxşı metodlardan biri turizm müəssisələri ilə daha geniş əməkdaşlığın qurulmasıdır. ATMU yarandığı gündən bu sahəyə xüsusi diqqət yetirir. Tələbələrimiz Azərbaycanla yanaşı, 15-dən artıq xarici ölkədə təcrübə keçirlər. Ölkəmizdə ilk dəfə olaraq məhz ATMU-da 22 həftəlik istehsalat təcrübəsi həyata keçirilib”. İlham Mədətov vurğuladı ki, hazırda Azərbaycanda turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Buna görə də turizm sənayesi üçün daha təcrübəli kadrların hazırlanması istiqamətində qarşılıqlı fəaliyyət genişləndirilməlidir. ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev elmi seminarın mövzusu haqqında məlumat verdi. Bildirdi ki, bugünkü tədbirin əsas məqsədi kadr hazırlığının həyata keçirilməsində turizm müəssislərinin təkliflərini dinləmək və qarşılıqlı müzakirə etməkdir: “Bəzi hallarda tələbələrimiz öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Ona görə də müvafiq sahə üzrə müəssisələrin rəhbərləri ilə müzakirələrin aparılmasını vacib sayırıq. Belə problemlərin aradan qaldırılması istiqamətində turizm obyektləri ilə qarşılıqlı fəaliyyətin təşkil olunması ümumi işimizin müsbət yöndə irəliləməsinə təkan verə bilər”. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov nazirlik tərəfindən ölkəmizdə turizm sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən danışdı. Eləcə də gənc kadrların işlə təmin olunması məqsədilə “Karyerada ilk addım” devizi altında təşkil edilən əmək yarmarkalarının əhəmiyyətini vurğuladı. ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, “New Baku” hotelinin baş meneceri Ceyhun Aşurov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar. ATMU ilə turizm müəssisələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür görüşlərin davamlı təşkilinin vacibliyi qeyd olundu. Daha sonra tədbir müzakirələrlə davam etdi. ..
14.12.2017 10:01
Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubXəbər verdiyimiz kimi nazir müavini Nazim Səmədovun başçılığı ilə “İçərişəhər“ Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu  nümayəndə heyəti Oman Sultanlığında səfərdədir. YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti Oman tərəfi ilə bir sıra ikitərəfli görüşlər  keçirib. Dekabrın 11-də Oman Sultanlığının turizm naziri  Əhməd bin Nasser Əl Məhrizi ilə görüşən Nazim Səmədov Oman vətəndaşlarının Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları sırasında 11-ci yerdə qərarlaşdığını və bu ölkədən gələn turistlərin sayında sürətli artımın müşahidə olunduğunu qeyd etdi. Nazir Əhməd bin Nasser Əl Məhrizi öz növbəsində Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizin mədəniyyətinə, mətbəxinə, musiqisinə heyran qaldığını bildirdi. Nazir qeyd etdi ki, Azərbaycan kimi ölkələr məhz öz mədəniyyətini dünya turizm bazarına çıxarmaqla böyük turist kütləsini cəlb etməyə qadirdir. Görüşün sonunda Omanlı nazir Nazim Səmədova xatirə hədiyyəsini təqdim etdi. 12 dekabr tarixində “Oman Air” şirkətinin baş direktoru və kommersiya üzrə vitse- prezidenti Əbdulrəhman Əl Busaydi və Oman Sultanlığının turizm nazirinin müavini Mayta Saif Məcid Əl Məhruqi ilə Nazim Səmədov arasında keçirilən görüşdə Omandan Azərbaycana gələn turistlərin sürətli artımı, bu artımın hava yolları şirkətləri üçün yaratdığı imkanlar müzakirə edildi. N. Səmədov “Oman Air“ şirkətinin ölkəmizə birbaşa reys açılması perspektivlərinin araşdırılmasının önəmini, ölkəmizin əlverişli mövqeyinin başqa coğrafiyalara çıxışı asanlaşdırdığını vurğuladı.  Əbdulrəhman Əl Busaydi və Mayta Sayif Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını, əməkdaşlığın genişləndirilməsi məqsədilə 2018-ci ilin mart ayında keçiriləcək İTB Berlin - beynəlxalq turizm sərgisi çərçivəsində özəl sektor nümayəndələrinin görüşməsi üçün əlverişli zəmin yarandığını bildirdilər. Görüşdə ölkələrimiz arasında turizm əlaqələrinin gücləndirilməsi və yeni inkişaf müstəvisinə çıxması üçün birgə turizm komissiyasının fəaliyyəti razılaşdırıldı. Səfər çərçivəsində həmçinin N.Səmədov ilə Bəhreyn Turizm və Sərgilər Təşkilatının Baş direktoru Xaled Bin Hamud Əl Xəlifə, İraq mədəniyyət, turizm və antik əşyalar  naziri Firyad Hassan, İran Mədəni İrs, Əl işləri və Turizm Təşkilatının sədrinin müavini Mohammed Moheb Xudai və Dünya Bankının şəhərlər üzrə aparıcı mütəxəssisi Ahmed Eyveyda arasında da ikitərəfli görüşlər keçirilmişdir. Səfərin sonunda mədəniyyət və turizm nazirinin müavini Muskat şəhərinin Əsas Məscidi, Muskat Opera Evi, Sultan Sarayı və Oman Milli Muzeyi daxil olmaqla Muskatda yerləşən bir neçə mədəniyyət obyekti ilə tanış oldu. ..
12.12.2017 15:01
YUNESKO və BMÜTT-nin birgə təşkilatçılığı ilə Oman Sultanlığında Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir11 dekabr tarixində YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə Omanda Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı öz işinə başlayıb. 70 ölkədən 700-ə yaxın qonağın qatıldığı forumda 30-dan artıq nazir iştirak edib. Müxtəlif ölkələrin mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi ikinci dünya konfransında əsas mövzu sülh və tərəqqi vasitəsilə dayanıqlı inkişafın sürətləndirilməsidir. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə “İçərişəhər“ Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu  nümayəndə heyəti təmsil edir. Oman Sultanlığının turizm naziri Əhməd bin Nasser Əl Məhrizinin konfrans iştirakçılarını salamlamasından sonra rəsmi açılış nitqləri ilə YUNESKO Baş direktorunun mədəniyyət üzrə müavini Françeko Bandarin, BMÜTT-nin Baş katibi Taleb Rifai, İslandiyanın Birinci xanımı və BMÜTT-nin xüsusi səfiri Eliza Reyd, Petra Milli İnam Fondunun prezidenti, İordaniya şahzadəsi Dana Firas çıxış ediblər. Açılış sessiyasından sonra konfrans öz işinə Nazirlərin Dialoqu ilə davam edib. Sessiyada Nazim Səmədov Azərbaycanın turizm sahəsində apardığı islahatlardan, bir sıra ölkələr üçün viza sadələşdirilməsinin tətbiq olunmasından danışıb. O, ixtisaslaşdırılmış turizm üzrə strateji yol xəritəsinin qəbul edildiyini və qeyri-neft sektorunda əsas prioritetlərdən biri kimi turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb. “Mədəni turizm sülh və tərəqqi amili kimi” adlı xüsusi sessiyada ölkəmizin sivilizasiyaların qovşağında və qədim ipək yolu üzərində yerləşdiyini bildirən Nazim Səmədov azərbaycanlıların əsrlər boyu yaşatdığı tolerantlıq ənənələri, Azərbaycanda fərqli dinlərə sitayiş edən müxtəlif etnik qrupların mehriban qonşuluq şəraitində həyat sürdükləri, ölkəmizin mədəni turizm potensialı barəsində ətraflı məlumat verib. Nazir müavini ölkəmizdə iki ildən bir təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin birgə konfranslarının keçirilmə ənənəsininin mövcudluğunu qeyd edərək 2018-ci ildə YUNESKO və BMÜTT-nin rəsmi tərəfdaşı olduğu “Bakı Prosesi”nin 10 illik yubileyinin keçiriləcəyini bildirib, həmçinin  Dayanıqlı İnkişaf Məqsədlərə nail olmaq üçün Azərbaycanda həyata keçirilən silsilə tədbirləri sessiya iştirakçılarının dıqqətinə çatdırıb. Tədbirin ilk günü mədəni proqram və iştirakçıların şərəfinə verilən rəsmi ziyafət ilə başa çatıb. Konfrans öz işinə davam etməkdədir. ..
11.12.2017 17:52
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunubUniversitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi anım mərasimini açan rektor İlham Mədətov Ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. ATMU-nun Xidmət mühəndisliyi fakültəsinin dekan müavini, YAP-ın universitet üzrə yerli təşkilatının sədri Anar Fərmayılov Ulu öndər Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını detallı faktlarla isbatlayıb. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi olduğunu bildirib. Hər bir gəncin gələcək  inkişafında təhsilin önəmli olduğunu deyib. Dillər kafedrasının müdiri Kəmalə Kərimova çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb. Tədbir ATMU tələbələrinin çıxışları və Ümummilli liderə həsr olunan video çarxın nümayişi ilə yekunlaşıb. ..
11.12.2017 15:00
2017-ci ilin 11 ayı üzrə ölkəyə gələn xarici vətəndaşların sayında 20 % artım müşahidə edilmişdirCari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olmuşdur. Onlardan 790 258 Rusiya Federasiyası, 488 269 Gürcüstan, 340 702 İran, 275 147 Türkiyə, 87 215 Birləşmiş Ərəb Əmirlikləri,  58 259 İraq, 53 583 Ukrayna, 32 644 Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur. Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur. Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,8 faiz, 19.7 faiz, 13.7  faiz, 11.1 faiz və 3.5 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olmuşdur. Belə ki, bu il İrandan 117 556, BƏƏ-dən 44 558, Rusiyadan 105 020 nəfər daha çox şəxs gəlmişdir. 2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 064 224 nəfər  noyabr ayında isə 169 427 nəfər təşkil etmişdir. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413 684 (20%) nəfər, yalnız noyabr ayında isə 31 877 (18.8%) nəfər çox xarici vətəndaş gəlmişdir Daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. ..
08.12.2017 19:04
Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilibMingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu. Konfrans Azərbaycan dilinin tarixi inkişaf mərhələləri və perspektivlərinin öyrənilməsi baxımından  xüsusi əhəmiyyət daşıyıb. İstər  müzakirə olunan mövzularda, istər iştirakçılara təqdim olunan videçarxda, istərsə də mövzu ətrafı müzakirələrdə bir çox vacib məqamlara yer ayrılıb. Hətta  konfransın sonunda tələbə özfəaliyyət qrupu tərəfindən nümayiş olunan ədəbi-bədii kompozisiyada dilimizin ahənginə uyğun rəngarəng nümunələr səsləndirilərək Azərbaycan dilinin  qrammatik və bədii gözəllikləri arzu olunan səviyyədə vəsf olunub. Öncə konfrans iştirakçıları Azərbaycan dilinin gözəlliklərinə həsr olunmuş sərgiyə baxış keçirilib. Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsi ilə videoçarx nümayiş olunub. Konfrans Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun açılış nitqi ilə öz işinə başlayıb. Tarixi minilliklərə söykənən Azərbaycan dili haqqında  ətraflı söhbət açan professor Əyyub Əyyubov  dilimizin keçdiyi şərəfli tarixi mərhələlər barədə danışıb. Folklar, əfsanə və rəvayətlərimizin formalaşmasında  dilin müstəsna rolu olduğunu qeyd edib: “İndi bu dil vasitəsilə tariximizi və əski dəyərlərimizi asanlıqla öyrənib, tədqiq etmək olar. Bilirsinizmi,  müdriklər dili olmayan toplu millət sayıla bilməz söyləyib. Bu mənada  hər zaman qürurla ifadə edə bilərik ki, bizim zəngin qrammatik quruluşu olan doğma ana dilimiz var. Hətta bir vaxtlar görkəmli avropalı və şərqli yazarlar, səyahətçı və tarixçilər dilimizin diplomatiya dili, xalqlar arasında vacib ünsiyyət vasitəsi olduğunu qeyd edib. Etiraf etməliyik ki, hazırda Azərbaycan dili ən möhtəşəm dönəmini yaşayaır. Çünki, artıq böyük bir xalqın və müstəqil dövlətin rəsmi Dövlət Dili statusunu daşıyır. Bu zirvəyə çatmaq asanmı oldu, əlbəttə ki, yox. Xalqımız, ədiblərimiz, görkəmli dövlət xadimlərimiz dilimizin bu məqamlara yetişməsi naminə  əsl mübarizə yolu keçib. Xüsusilə də ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətinin hər iki dönəmində bu məsələni məslək, əqidə səviyyəsinə yüksəldib. Məhz O dahi şəxsiyyətin xidmətləri sayəsində öncə keçmiş Sovetlər İttifaqı dönəmində Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında, daha sonra isə Müstəqil Azərbaycan Respublikası dönəmində milli Konstitusiyaya Azərbaycan dili dövlət dili statusu ilə daxil edilib. Biz keçilən yolu daim dərindən öyrənib, tədqiq etməli və dilimizin saflığını və şöhrətini qorumaq və irəlilərə daşımaq üçün bütün  imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Bu mənada hesab edirəm ki, cənab  prezident İlham Əliyevin imzaladığı  Sərəncam zamanında imzalanmış vacib bir sənəd olması etibarı ilə Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və  saflığının qorunması istiqamətində yeni perspektivlərə yol açır” Daha sonra Azərbaycan dilinin tarixi inkişaf mərhələlərinə həsr olunmuş videoçarxa baxış keçirilib. Ardınca  konfransın digər məzmunlu məruzələri dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova və Aybəniz Əliyeva müvafiq olaraq  “Gəlin Azərbaycan dilinin saflığını qoruyaq”,  “Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” və “Azərbaycan xalqının varlığını yaşadan  Azərbaycan dilidir”  mövzularında çıxış edib. Hər bir natiq dilin önəmli üstünlüklərinə, saflığına və perspektivlərinə  çıxışında xüsusi yer ayırıb. Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Istedadlı tələbələrin ifasında təqdim olunan poeziya və musiqi parçalarında Azərbaycan dilinin üstünlükləri  yüksək səviyyədə tərənnüm olunub. Kompozisiya alqışlarla müşaiyət edilib. ..
06.12.2017 17:26
Bakı Turizm İnformasiya Mərkəzi regional turizm informasiya mərkəzlərinin otel, muzey, qoruq, içtimai iaşə və turizm infrastrukturuna daxil olan obyektlər ilə birgə əməkdaşlığına dair tövsiyyələr hazırlayıbAzərbaycan Respublikası Mədəniyyət və  Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunmuşdur. Əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi regional turizm informasiya mərkəzlərinin otel, muzey, qoruq, içtimai iaşə və turizm infrastrukturuna daxil olan  obyektlər ilə birgə  əməkdaşlığına  dair  tövsiyyələr  hazırlayıb, rayon turizm informasiya mərkəzlərinə göndərmişdir. Sənəddə turizm infrastrukturuna daxil olan  müəssisələrin  turizm informasiya mərkəzi ilə qarşılıqlı əməkdaşlığın lazımi səviyyədə keçirilməsi üçün müvafiq müqavilələrin bağlanması, birgə turizm marşrutlarının tərtibatı,  milli bayramların, müxtəlif sərgilərin,  tədbirlərin təşkili və keçirilməsi, reklam-informasiya materiallarının və zəruri məlumatların mübadiləsi nəzərdə tutulmuşdur.  Bu işdə hər bir regionun təbii və tarixi-mədəni turizm resurslarının mövcudluğu, iqlim şəraiti, ərazinin relyefi və turizm sənayesinin inkişafına müsbət təsir edən bütün amillərdən səmərəli istifadə olması tövsiyyə olunur. ..
06.12.2017 12:11
Azərbaycan Turizm və Menecment Universitetində qabaqcıl şirkət rəhbərlərinin iştirakı ilə “Marketinq menecmenti” fənnindən açıq dərs keçirilibAzərbaycan Turizm və Menecment Universiteti “Marketinq”kafedrasının təşəbbüsü ilə  “Aqromarketinq” və “Tikinti sahəsinin marketinqi” mövzularına dair açıq dərsin təşkilində başlıca məqsəd ixtisas tələbələrini marketinq sahəsində innovasiyaların tətbiqi və öyrənilməsinə, o cümlədən müstəqil fəaliyyət çərçivəsində layihə hazırlama və təqdimetmə vərdişlərinə istiqamətləndirməkdən ibarətdir. Mövzulara uyğun olaraq tələbələr qrup şəklində keyslər üzrə marketinq layihələri hazırlayayıb ekspertlərə təqdim ediblər. Açıq dərsdə ATMU-nun rektoru İlham Mədətov, ekspert qismində “Aselson Bakı” şirkətinin icraçı direktoru Serhat Erdemir, “AGT inşaat”ın icraçı direktor müavini Selim Akbay, “STP” şirkətinin baş məsləhətçi Bilgi İşıkkent, “AKC” tikinti şirkətinin direktoru, əməkdar mühəndis Aslan İsmayılov, İqtisadiyyat Nazirliyi BBTM-in şöbə müdiri Məlahət Kazımova, “Gilan Holding” şirkətinin marketinq meneceri Mehdi Qarayev, “Renesans” tikinti şirkətinin nümayəndəsi Qürbət Salmanov, Beynəlxalq təlim və tədris mərkəzinin icraçı direktoru Tariyel Dövlətov, BBF biznes inkubasiya mərkəzinin layihə müdiri Rəşad Məmmədov, Sığorta üzrə ekspert iqtisadçı Xəyal Məmmədxanlı, adıçəkilən universitetin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər. Rektor İlham Mədətov bu səviyyəli tədbirlərin günün reallığına çevrilməsini uğurlu addım kimi dəyərləndirib. Universitetin dərin tədris və təhsillə  yanaşı, iş- təcrübə fəaliyyətinin də prioritet vəzifə olduğunu iştirakçıların diqqətinə çatdırıb. İ.Mədətov ixtisas kurrikulumlarına uyğun bir semestr nəzərdə tutulan təcrübə müddətinin 3 il yarım tədris müddətinə bərabər təşkilinin daha faydalı olacağını xüsusi vurğulayıb. Marketinq kafedrasının müdiri Anar Eminov isə ATMU-da “aktuallaq baxımından məhz tikinti və qida sahəsinin marketinq idarəedilməsi üzrə”keçirilən açıq dərsin iştirakçılar üçün əhəmiyyətli olacağını deyib. Ekspertlərin iştirakı ilə mövcud layihələrin tətbiqi perspektivləri müzakirə edilib və tələbələrə təqdimatların təkmilləşdirilməsinə dair təkliflər verilib. Fərqlənən qrup üzvləri mükafatlandırılıb. ..