Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1592

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqomayevin zəngin yaradıcılığından bəhs edərək deyib: “Təəssüf ki, Müslüm Maqomayev aramızdan çox tez getdi. O, nadir şəxsiyyət idi. Onun bariton səsi dünyada ən nadir səslərdən biridir”.

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək Azərbaycanda Müslüm Maqomayevin xatirəsinin daim əziz tutulduğunu, onun dərin məhəbbətlə anıldığını bildirib. O, bu sevginin gənc nəslə də ötürüldüyünü vurğulayıb və bundan hədsiz fərəh hissi keçirdiyini söyləyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd edib ki, illər ötdükcə Müslüm Maqomayevi daha yaxşı anlayır və yaradıcılığını daha yaxşı qiymətləndirirsən. “O, hədsiz dərəcədə xeyirxah insan, böyük şəxsiyyət, incəqəlbli, səxavətli idi. Hətta onun barəsində keçmiş zamanda danışmaq istəmirsən, çünki o, indi də yaşayır. O, bu gün də bizimlədir”,- deyə Leyla Əliyeva vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayev aramızdan getsə də, nəfəsi duyulur. O, arxasınca böyük müğənni ordusu aparır, bir növ onlara yol göstərir. Müslümün səviyyəsinə çatmaq çox çətindir.

S.Stepanov diqqətə çatdırıb ki, hər il Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin olması çox sevindiricidir. O, qəlblərdə yaşayır və yaşayacaq. Böyük müğənni ilə eyni yolu keçmiş sənətçilərin gənc nəsil arasında onu təbliğ etməsi də vacibdir.

Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir.

Müslüm Maqomayevlə uzun illərin dostu olduğunu söyləyən Eldar Quliyev deyib: “Musiqi onun həyatının mənası idi. Müslümün sənəti ölməzdir. Xoşbəxt insanam ki, onunla bir dövrdə yaşamışam”.

XƏBƏRLƏR

09.04.2020 15:10
Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirib
09.04.2020 13:23
“Gilavar” Azərbaycan Foto Klubu “Mədəniyyət/Culture” jurnalı ilə birgə layihə həyata keçirir
09.04.2020 11:35
Muzeylərə virtual səyahət layihəsinin növbəti video təqdimatı Azərbaycan Milli İncəsənət Muzeyi haqqındadır
08.04.2020 14:07
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan olunur
08.04.2020 10:29
Kitabxana Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinə virtual səyahətə dəvət edir
07.04.2020 13:24
"Evdə qal evdə yarat": Müraciətlərə davam edin!
07.04.2020 12:42
"Sənətə dəstək ol" xeyriyyə aksiyası
07.04.2020 10:54
"Minnətdarıq" adlı Respublika rəsm müsabiqəsi elan olunur
06.04.2020 15:34
İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"
06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib