Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
264

“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı keçiriləcək

Avqustun 25-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət Evində baş tutacaq.
Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Muğamsevərlər tanınmış xanəndələrin ifasında UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib, dərin fəlsəfi aləmi ilə insanları düşündürən muğamları, xalq mahnı və təsnifləri, dəraməndləri, rəngləri dinləyəcəklər. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü ərəfəsində təşkil ediləcək konsertə Xəzər rayonunun bütün sakinləri dəvətlidir. Layihənin növbəti konsert proqramı 18 sentyabr  Milli Musiqi günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.

XƏBƏRLƏR

18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib