Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
191

Respublika Uşaq Kitabxanasında “Günəş olaram mən də” adlı tədbir keçirilib

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 avqust - 21 sentyabr “Beynəlxalq sülh aylığı” çərçivəsində “Günəş olaram mən də” adlı tədbir keçirilib.

Tədbirdə uşaqlara “Beynəlxalq sülh aylığı” haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT-nin 1981-ci ildə təsis etdiyi bu tarixi gün dünya atəşkəsliyi kimi elan edilib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarixi boyu bəşəriyyəti düşündürüb. Hazırda dünyanın bir çox ölkələrində müharibə davam edir. Sülh mövzusu torpaqların 20 faizı işğal altında olan Azərbaycan uşaqları üçün də böyük əhəmiyyət kəsb edir.

Tədbirdə uşaqlar Günəşin maketini düzəldib, öz əlləri ilə onun işığını bütün dünya uşaqlarına göndəriblər. Sonra isə hər bir uşaq öz arzu və istəyini bildirib: “həmişə sülh içində yaşayaq”, “səmamız aydın və təmiz olsun”, “dünyanın bütün xalqları əmin-amanlıq şəraitində yaşasınlar”, “analarımız sevinsinlər”, “müharibə olmasın”.

Uşaqların arzu və istəkləri sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədbir nağıl otağında “Günəşin nağılı”nın izlənməsi ilə davam edib.

XƏBƏRLƏR

18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib