Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
693

Ölkəmizdə Milli musiqi günü qeyd olunur

Azərbaycan professional musiqi sənətinin banisi dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü (Üzeyir musiqi günü) kimi təntənə ilə qeyd edilir.
Mədəniyyət tariximizin bu əlamətdar günündə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər.
Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzdülər. Həmçinin Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi, Müslüm Maqomayev kimi görkəmli musiqi korifeylərinin məzarları ziyarət olundu.
Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını Milli musiqi günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli musiqi günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir xalqımız bu bayramı qeyd edir. Üzeyir bəy nəinki Azərbaycan professional musiqisinin banisidir, o həm də yazıçı, mütəfəkkir və ictimai xadim kimi böyük şöhrət qazanıb”.

Nazir dedi ki, artıq 11 ildir Azərbaycanda Üzeyir Hacıbəylinin adını daşıyan beynəlxalq musiqi festivalı keçirilir: “Hazırda bu festival haqqında Fransanın məşhur “Mezzo” kanalında məlumat verilir, Üzeyir bəyin davamçısı olan Fikrət Əmirovun əsərləri də mütəmadi şəkildə bu kanalda səslənir. Bu da dahi bəstəkarın qoyduğu gözəl ənənənin təntənəsidir”. 

Bu il görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illik yubileyinin keçiriləcəyini qeyd edən nazir vurğuladı ki, bu münasibətlə onun yaradıcılığına həsr olunmuş tədbirlər təşkil olunacaq.

Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur: “Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün başlanan Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək. Festivalda 10 ölkədən tanınmış musiqiçilər iştirak edəcək”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəylini Azərbaycan musiqisinin peyğəmbəri adlandırdı: “Mən inanıram ki, biz bu günü Şuşada qeyd edəcəyik. Çünki Üzeyir bəyin əsərləri, onun yaradıcılığı bizim əsas silahımızdır. Üzeyir bəyin ölməz musiqiləri dünyanın müxtəlif yerlərində səsləndirilir”.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışdı. Bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.

Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir bəyin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirildi.
***
Tədbir daha sonra Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə davam etdi.
Konsertdən öncə çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli musiqi gününün əhəmiyyətindən, Üzeyir bəyin həyat və yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışdı.

Musiqi bayramı münasibətilə təbriklərini çatdıran Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini, bu tədbirin ölkəmizin dünyada tanınmasında rolunu diqqətə çatdırdı. Bildirildi ki, Üzeyir Hacıbəyli musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə də xüsusi önəm verib. Onun milli musiqimizin inkişafında xidmətləri əvəzsizdir. 
Sonra təhsil ocağının Xalq çalğı alətləri orkestrinin ifasında “Qarabağ şikəstəsi” zərbi muğamı səsləndirildi.
***
Sonra mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələrin önünə tər güllər düzüldü, sənətkarların xatirəsi hörmətlə anıldı.

Mədəniyyət naziri Əbülfəs Qarayev vurğuladı ki, gün gələcək “Güllələnmiş heykəllər” öz doğma məkanlarında, yenidən musiqi, mədəniyyət beşiyimiz olan Şuşada ucaldılacaq. Bu festivallar da Şuşada təşkil olunacaq və o gün uzaqda deyil.

XƏBƏRLƏR

23.10.2019 14:56
“Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində bölgələrdə səyyar kitab sərgiləri təşkil olunur
23.10.2019 14:36
Azərbaycan Milli İncəsənət Muzeyində yeni layihənin təqdimatı olacaq
23.10.2019 09:39
“Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
23.10.2019 08:55
Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb
22.10.2019 17:20
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
22.10.2019 17:10
Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22.10.2019 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22.10.2019 10:43
Füzuli Dövlət Dram Teatrının baş rejissoru Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb
21.10.2019 12:09
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Gürcüstanda qeyd olunub
21.10.2019 10:50
“Daha çox caz, daha çox intellekt” şüarı ilə Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirilir
21.10.2019 09:47
İncəsənət əsərlərinin növbəti auksionu keçiriləcəkdir
21.10.2019 09:25
Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq
21.10.2019 09:21
“Mən ağacam” tamaşası maraqla qarşılanıb
21.10.2019 09:15
Akademik Musiqili Teatr növbəti beynəlxalq festivala hazırlaşır
21.10.2019 08:55
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019 17:22
Bakı şəhərində “Ustad dərslər” layihəsi həyata keçirilib
18.10.2019 17:20
Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb
18.10.2019 16:31
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Daşkənddə özbək dilində işıq üzü görüb
18.10.2019 14:21
Yaradıcı əməyə verilən qiymət
18.10.2019 12:49
Almaniyada İmaddədin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib
18.10.2019 10:28
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşları qəbul edəcək
18.10.2019 09:42
ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib
18.10.2019 09:19
Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb