14.10.2019 11:52
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş olunub.
Müəllifi məşhur xoreoqraf Mixail Fokin olan səhnə əsərində əsas partiya - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edib. Səhnə əsərində, həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış ediblər.
Balet bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.
Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunub.