Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
429

“Daha çox caz, daha çox intellekt” şüarı ilə Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirilir

Paytaxtımızın ev sahibliyi etdiyi ənənəvi beynəlxalq incəsənət layihələri arasında Bakı Caz Festivalının məxsusi yeri var. Festival hər il müxtəlif ölkələrdən tanınmış caz ifaçı və qruplarını bir araya gətirir.

Mədəniyyət Nazirliyinin də dəstək verdiyi festivalın builki açılışı ölkəmiz üçün əhəmiyyətli bir tarixə, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə təsadüf etdi. Budəfəki caz bayramı “Daha çox caz, daha çox intellekt” şüarı altında gerçəkləşir. Qız qalasının yaxınlığında quraşdırılan səhnədə “Broadway Express Show”, Kubanın “Yanssel və Los Amiqos”, Türkiyənin “Ercüment Örkut Trio” qrupları,  Afşin Əlizadə, qarmon ifaçısı Seymur Həsənov kimi yerli caz qruplarının çıxışlarını izləyənlər rəngarəng musiqidən böyük zövq aldılar.

Festivalın direktoru Leyla Əfəndiyeva açılış mərasiminin Müstəqillik Günümüzə təsadüf etməsini ikiqat bayram kimi səciyyələndirdi: “Caz Azərbaycanda çox sevilən musiqi janrıdır. Caz musiqidə azadlıq və improvizasiya deməkdir. Açılış mərasimi art proyeksiya ilə başlanır. Bu proyeksiya dünya caz animatorlarını bir araya toplayıb və biz onların işlərini bu gün görəcəyik. Dünyanın tanınmış caz ifaçıları ilə bərabər, yerli caz ifaçılarımızın muğam-caz, caz-rok, etnik caz üslubunda çıxışlarını izləmək imkanımız olacaq. Rain Sultanov və digər cazmenlərimizin yeni layihələri də təqdim ediləcək”.

Qeyd olundu ki, festivalın konsertləri “Landmark”, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, filarmoniyanın Kamera və orqan musiqisi zalında təşkil ediləcək. Caz festivalının gözəçarpan məqamlarından biri də gecə yarısı təşkil edilən “jam-session”dur. Bakı festivalı “Round Midnight” caz kompozisiyasına əsaslanan dünya festival ənənələrini dəstəkləyir. Bu cür təbii meydançalarda həm üslub, həm musiqi istiqamətlərinə görə kulturoloji cəhətdən bir-birinə tam diametral əkslər kəsişir. Bir qayda olaraq, caz musiqiçiləri əvvəllər heç yerdə kollektiv vahid səs yazısında işlətmədikləri melodiyalar əsasında improvizasiya seansları keçirir və intellektual auditoriya üçün eksklüziv musiqi təqdim edirlər. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan cazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır.

L.Əfəndiyeva sonda vurğuladı ki, builki festivalda bütün musiqi həvəskarları və caz biliciləri üçün gecə yarısı keçirilən sessiyalara giriş sərbəst olacaq.

Bakı Caz Festivalının açılış konserti bir-birindən maraqlı ifalarla davam etdi. Ancaq ən parlaq sürpriz festivalın açılış gününün sonunda təqdim olundu. Qız qalasının üzərinə proyeksiya olunan instalyasiya paytaxtın musiqisevərlərinə xoş əhval bəxş etdi.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları daxildir. 10 gün müddətində Bakının qaynar caz həyatını “Euronews” telekanalının komandası işıqlandıracaq və dünyanın caz həvəskarlarının diqqəti paytaxtımıza yönələcək.

XƏBƏRLƏR

22.11.2019 09:32
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir
22.11.2019 09:22
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
22.11.2019 09:15
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21.11.2019 17:10
“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir
21.11.2019 16:12
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı oldu
21.11.2019 16:12
Daşkənddə Azərbaycan aliminin monoqrafiyasının təqdimatı olub
21.11.2019 15:59
Regionlarda ustad dərslərin keçirilmə təcrübəsi genişlənir
21.11.2019 15:40
UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlamışdır
21.11.2019 15:31
“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar həyata keçiriləcək
21.11.2019 14:49
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsini ELAN EDİR
21.11.2019 10:01
“Haqq mənəm” tamaşasının premyerası olub
21.11.2019 09:22
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində növbəti sərgi
20.11.2019 17:41
“Qalereya 1969”da iranlı rəssamın fərdi sərgisi açılıb
20.11.2019 15:26
Şəkidə “Bölgə” teatr truppasının ilk regional görüşü təşkil olunub
20.11.2019 14:45
Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə görüşmüşdür
20.11.2019 14:16
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub
20.11.2019 12:11
Növbəti birgə səyyar təlimlər Göyçayda
20.11.2019 09:12
Parisdə UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20.11.2019 08:57
“Açıq kitabxana”da Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
19.11.2019 17:52
Mədəniyyət işçiləri arasında intellektual turnirin üçüncü mərhələsi təşkil olunub
19.11.2019 15:21
Qalereyanın direktoru Elçin Orucov Mədəniyyət Nazirliyi tərəfindən təltif edilib
19.11.2019 15:03
UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir
19.11.2019 12:56
Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində Kuba və Bəhreyn Mədəniyyət nazirləri ilə görüş keçirib
19.11.2019 10:54
Cəfər Cabbarlı həftəsi keçiriləcək