Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2785

İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub

Noyabrın 2-də 38-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

"50-ci illərin ədəbi nəsli” mövzusuna həsr olunan builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Sərgi çərçivəsində 300 ədəbi-bədii tədbirin, 3 minə yaxın imza günün keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyi ilə ölkəmiz sərgidə iki xüsusi stendle təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, “Zəngin Yayıncılıq” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün müddətində fəaliyyət göstərəcək. Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələri əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilinə çevrilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.

Azərbaycan bölməsində, həmçinin “Kaspi nəşrləri” seriyasından ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat xadimlərinə həsr olunan kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Xatırladaq ki, bu kitablar “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib.

Milli stenddə quraşdırılmış monitorda ölkəmizin tarix-mədəniyyət abidələri, müasir memarlığı, ədəbiyyat xadimləri, xalq yaradıcılığı və musiqisi barədə videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində bölməmizdə türk dilinə tərcümə edilən Nizami Gəncəvinin “Xəmsəsi”nin, “Nesimi İrak Divanı” və Sona Vəliyevanın “Yurd Sevdası” kitablarının təqdimatı keçiriləcək.

Tədbiri ziyarət edən Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy Azərbaycan bölməsinə də baxış keçirib. Nazir ölkəmizin sərgidə yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov Azərbaycan bölməsinin sərgidəki fəaliyyəti, “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi barədə Məhmət Nuri Ərsoya məlumat verib və Nizami Gəncəvinin “Xəmsəsi”ni və Nəsiminin “İrak Divanı”nı nazirə hədiyyə edib.

Milli stenddə nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq, bir qismi isə Türkiyədəki kitabxanalara hədiyyə olunacaq.

Kitab sərgisinin “Fəxri yazarı” Adnan Özyalçınerdir.

Sərgi noyabrın 10-dək davam edəcək.

XƏBƏRLƏR

05.06.2020 10:52
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
05.06.2020 10:51
Unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür
05.06.2020 10:45
Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat konfransı keçirilib
04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib