Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1827

Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi yad olunub

Noyabrın 7-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) doğum günündə məzarını ziyarət ediblər. Məzarın önünə tər çiçəklər düzülüb, ustad nəğməkarın xatirəsi ehtiramla yad olunub.

Anım mərasimində çıxış edən qurumun rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığı haqqında danışaraq bildirib ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. T.Quliyevin Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təhsilini Moskvada davam etdirdiyini deyən F.Əlizadə qeyd edib ki, tələbəlik illərində Bülbülün təşəbbüsü ilə “Rast”, “Zabul” muğamlarını nota köçürüb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən bəstəkar 1958-ci ildə filarmoniyanın bədii rəhbəri, sonradan direktoru olub. O, ilk caz orkestrinin yaradılmasında fəal iştirak edib. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın teatr tamaşasına musiqilər yazıb. Bu musiqilər xalqımızın yaddaşında silinməz iş qoyub.

F.Əlizadə görkəmli bəstəkarla davamlı ünsiyyətdə olduğunu bildirib: “Həyat elə gətirib ki, Tofiq müəllimlə uzun illər Bəstəkarlar İttifaqında birlikdə çalışmışıq. Mən onu Türkiyəyə “Boş beşik” baletinin premyerasına dəvət edəndə o, məmnuniyyətlə iştirak etdi. O, hər zaman bəstəkarlara dəstək olmağa çalışardı. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük qiymət verib. Hələ sovet dövründə bəstəkar Əməkdar incəsənət xadimi, sonrakı illərdə isə Azərbaycanın Xalq artisti adına layiq görülüb. Dəfələrlə təltiflərə layiq görülən sənətkarın yaradıcılığına verilən ən ali qiymət ulu öndər Heydər Əliyevin bəstəkara xəstəxanada olarkən təqdim etdiyi “İstiqlal” ordenidir. Bu gün bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb. Adına musiqi məktəbi, küçə, yaşadığı binaya xatirə lövhəsi vurulub. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla bəstəkarın 100 illik yubileyi böyük təntənə ilə dövlət səviyyəsində qeyd olundu. Tofiq Quliyev dövrünün ən böyük ifaçı və şairləri ilə çalışıb, öz musiqisi ilə əbədiyaşarlıq qazanıb”.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edib.

Qeyd olunub ki, Tofiq Quliyev 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. O, daha çox estrada musiqisinin ustadı kimi tanınıb. Lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri dillər əzbəridir.Bununla yanaşı, bəstəkarın “Bəxtiyar”, “Ögey ana”, “Nəsimi” və bir çox filmlərə bəstələdiyi musiqilər, həmin filmləri daha da baxımlı edib.

Tədbirin sonunda bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, 1997-ci ildə bəstəkarın 80 illiyinə həsr olunan təntənəli yubiley mərasimində ulu öndər Heydər Əliyev Tofiq Quliyevə xitabən deyib ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq onun musiqisi yaşayacaq. Bu gün həmin fikir öz təsdiqini tapmaqdadır.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir