Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
328

Qalereyanın direktoru Elçin Orucov Mədəniyyət Nazirliyi tərəfindən təltif edilib

“Qalereya-1969” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Aydın oğlu Orucov təsviri sənət sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, habelə 50 yaşının tamam olması münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Qeyd edək ki, Elçin Orucov 25 noyabr 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini, 2004-cü ildə Mingəçevir Politexnik İnstitutunun Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir.

E.Orucov 1988-1990-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında Sərgilər şöbəsinin əməkdaşı, 1997-2000-ci illərdə S.Bəhlulzadə adına Sərgi Salonunun sərgilər şöbəsinin müdiri vəzifələrində çalışmış, 2000-ci ildə isə S.Bəhlulzadə adına Sərgi Salonunun direktoru vəzifəsinə təyin edilmişdir.  

O, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Elçin Aydın oğlu Orucov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 9 may 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Hazırda Elçin Orucov “Qalereya-1969” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi milli təsviri sənətimizin təbliğinə yönəlik fəaliyyətlə məşğul olur.    

XƏBƏRLƏR

06.12.2019 15:23
Sumqayıtda yubiley tədbiri keçirilib
06.12.2019 15:10
“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçiriləcəkdir
06.12.2019 14:53
Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
06.12.2019 10:49
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 10:29
Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı tədbir keçirilib
06.12.2019 10:07
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
06.12.2019 09:17
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
06.12.2019 09:01
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub
06.12.2019 08:53
Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq
05.12.2019 17:19
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.12.2019 16:29
MDB ölkələrinin mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb
05.12.2019 14:27
Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı tədbir keçirilib
05.12.2019 12:05
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr sayı çapdan çıxıb
05.12.2019 11:37
“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır
05.12.2019 10:57
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
05.12.2019 10:19
“Yeddi nar çubuğu” səhnəyə gəlir
05.12.2019 09:14
UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında dəyirmi masa keçirilib
05.12.2019 09:10
Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb
05.12.2019 09:06
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert
04.12.2019 18:36
Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
04.12.2019 18:15
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub
04.12.2019 18:12
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan edilən rəsm müsabiqəsi davam edir
04.12.2019 17:39
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.12.2019 16:30
Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşüb
04.12.2019 16:07
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04.12.2019 14:23
Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illiyi qeyd edildi
04.12.2019 11:55
Daşkənddə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirilib
04.12.2019 08:59
Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib
04.12.2019 08:58
“Ulduz” bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası təqdim olunub