Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1976

UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlamışdır

20 noyabr tarixində UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlamışdır. Komissiyanın iclası 20-22 noyabr tarixlərində keçirilir. İclasda Azərbaycan Respublikasını Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir. Komissiyanın gündəliyinə UNESKO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsi, üzv dövlətlərin Muzey və kolleksiyaların, onların müxtəlifliyi və cəmiyyətdə rolunun qorunması və təbliğinə dair 2015-ci il Tövsiyələrinin və Tarixi şəhər landşaftına dair 2011-ci il Tövsiyələrinin həyata keçirilməsi ilə bağlı hesabatlarının dinlənilməsi kimi məsələlər daxildir.

Müzakirələr zamanı digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan tərəfindən çıxış edən V.Eyvazzadə 19 noyabr tarixində UNESKO baş qərargahında baş tutan üzv dövlətlərin Mədəniyyət nazirlərinin Forumun keçirilməsinin təqdirəlayiq hal olduğunu və növbəti illərdə də Baş Konfrans çərçivəsində bu ənənənin davam etdirilməsinin zəruri olduğunu qeyd etmişdir. V.Eyvazzadə yüzdən artıq ölkənin mədəniyyət sahəsinə məsul nazirlərinin iştirak etdiyi tədbirin keçirilməsi üçün bir günün kifayət etmədiyini və gələcək illərdə keçiriləcək Forumlar üçün daha artıq vaxt tələb olunduğunu diqqətə çatdırmışdır. O, həmçinin qeyd etmişdir ki, bu Forum üzv ölkələrə bir çox ikitərəfli görüşlərin keçirilməsi imkanları yaratmışdır.

İclas zamanı Azərbaycan tərəfindən UNESKO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsi və monitorinq sisteminin gücləndirilməsi baxımından qərarların qəbul olunmasına dəstək ifadə edilmişdir.

Komissiyanın bu ilki iclası bir sıra mühüm hadisələrlə yadda qalmışdır. Belə ki, iclas çərçivəsində 24 yanvar “Dünya Afrika və Afrikamənşəli mədəniyyət günü”, 15 aprel “Dünya incəsənət günü”, 14 noyabr “Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq gün”, 18 noyabr “Dünya İslam incəsənəti günü”, 26 noyabr isə  “Dünya zeytun ağacı günü” kimi  təsis edilmişdir.

İclas çərçivəsində həmçinin Dünya mədəni və təbii irsinin qorunması üzrə Hökumətlərarası Komitənin fəaliyyətinə dair və Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun fəaliyyətinə dair hesabatlar dinlənilmiş, 2022-2029-cu illər üçün ortamüddətli Strategiya layihəsinin hazırlanması, muzey kolleksiyalarının qorunub saxlanılması, muzeylərin inkişafı ilə bağlı və “UNESKO 2030 və daha sonra: əsas çağırışlar və imkanlar” mövzusunda müzakirələr aparılmışdır.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib