Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2377

Lənkəranda növbəti dəfə Çay, Çəltik, Sitrus Festivalı təşkil olunub

Azərbaycan xalqının təsərrüfat həyatında çox mühüm yer tutmuş el şənliklərindən biri də “Məhsul bayramı”dır. Ötən əsrin 70-ci illərindən hər il payızda fərdi və dövlət təsərrüfatları cari ilə yekun vuraraq qazandıqları uğurları “Məhsul bayramı”nda qeyd edirdilər. Həmin illərdə Lənkəran rayonu ölkəmizdə keçirilən ilk “Məhsul bayramı”na ev sahibliyi edib.

Bu ənənə Lənkəranda bu gün də davam etdirilir. 2017-ci ildən başlayaraq rayonda Çay, Çəltik, Sitrus Festivalı keçirilir. Bu bayramlar insanlarda əməyə münasibəti dəyişib, torpaqdan daha səmərəli istifadəyə, məhsul bolluğuna, insanların maddi rifah halının xeyli yaxşılaşmasına səbəb olub.

Noyabrın 24-də Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə üçüncü Çay, Çəltik, Sitrus Festivalı keçirilib.

Festivalda Prezident Administrasiyası və Milli Məclisin əməkdaşları, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov,  Kənd Təsərrüfatı Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, habelə görkəmli elm xadimləri, qonaqlar iştirak ediblər.

Parkın giriş hissəsində, simvolik Qala Darvazasının önündə Festivalın açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin Komitə sədri Hadı Rəcəbli lənkəranlıları və qonaqları festivalın keçirilməsi münasibətilə təbrik edərək ötən bir il ərzində rayonda çayçılıq, çəltikçilik və sitrusçuluq sahəsində qazanılmış uğurlardan danışıblar.

Sonra festival iştirakçıları parkın ərazisində quraşdırılmış müxtəlif çadır-pavilyonlarda, 100-ə yaxın stend və sərgi tumbasında çay, çəltik, sitrus meyvələrindən hazırlanmış müxtəlif kompozisiyalarla, milli mətbəx, el sənətkarlığı nümunələri ilə tanış olublar.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi-Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılıb.

Vitrinlərdə isə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.

Festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla” “Campo” və sair düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim edilib.

Tədbirdə çayçılıqda, çəltikçilikdə və sitrusçuluqda uğur qazanmış əmək adamlarının bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Qonaqlar rayonda istehsal olunan pürrəngi çayın, limonun, narınginin, portağalın, Lənkəran düyüsündən hazırlanmış müxtəlif təamların dadına baxıblar.

Gün boyu davam edən festivalda rayonun bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış edib, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş etdirilib.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib