Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2027

Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib

Dekabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Əbülfəs Qarayev Parisdə keçirilən UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirakı zamanı Bəhreynin Mədəniyyət naziri ilə görüşünü xatırladıb, UNESKO ilə əməkdaşlıq çərçivəsində Bəhreynin Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Nazir Dünya İrsi Siyahısına daxil olan Muharraq şəhərinin bərpası layihəsinin memarlıq sahəsində ən əhəmiyyətli mükafatlardan biri olan Ağa Xan Mükafatına layiq görülməsi münasibətilə Bəhreyn Krallığına təbriklərini ifadə edib.

İki ölkənin Mədəniyyət nazirliklərinin əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayan Əbülfəs Qarayev Bəhreynin aparıcı media qurumlarının əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin bu səfərinin qarşılıqlı mədəni-turizm əlaqələrinin inkişafına, o cümlədən Azərbaycan mədəniyyətinin Bəhreyndə təbliğinə və tanıdılmasına mühüm töhfə verəcəyini bildirib.

“Bahrain Holidays” şirkətinin idarə heyətinin sədri Mahmood Alkadhem Azərbaycan xalqının və mədəniyyətinin Bəhreyn vətəndaşlarının diqqətini cəlb etdiyini, mədəniyyətlərimiz arasında oxşarlıqların olduğunu bildirib. O, şirkətin fəaliyyəti barədə məlumat verərək sağlamlıq turizmi, təhsil turizmi sahələrində görülən işləri, habelə 70-dən çox xarici ölkəyə səfərlərin təşkil edildiyini, il ərzində hava limanı səfərlərinin 9 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, “Bahrain Holidays” şirkəti tərəfindən həyata keçirilən təhsil proqramları çərçivəsində tələbələrin müxtəlif xarici ölkələrə səfərlərinin təşkil edildiyi də vurğulanıb.

Əbülfəs Qarayev Körfəz ölkələrində ölkəmizin tanıdılması ilə bağlı görülən işlərdən,  Azərbaycanın qoşulduğu mədəni marşrutlardan bəhs edib. Nazir həmçinin, Bəhreyn xalqının adət və ənənələri, bu ölkənin mədəni irsi və ümumilikdə mədəniyyətinin Azərbaycanda tanıdılması və təbliğinə hazır olduğumuzu diqqətə çatdırıb. Eyni zamanda, görüş zamanı Bəhreynin təcrübəsinin ölkəmizdə tətbiq edilməsi, Azərbaycan və Bəhreyn arasında memarlıq abidələrinin mühafizəsi və bərpası, təhsil turizmi ilə məşğul olan şirkətlərlə birgə əməkdaşlıq edilməsi, bu sahələrdə xüsusi treninqlərin keçirilməsi, habelə şirkət tərəfindən reallaşdırılan tələbə proqramları çərçivəsində ölkəmizdə fəaliyyət göstərən musiqi məktəblərində kursların təşkilində maraqlı olduğumuz qeyd edilib.

Parisə səfəri çərçivəsində İSESKO-nun yeni baş direktoru ilə görüşünü də xatırladan nazir bütövlükdə İslam ölkələrində mədəni irsin qorunması və bərpası məsələləri ilə bağlı geniş müzakirələrin aparıldığını söyləyib, son zamanlarda bu istiqamətdə əhəmiyyətli işlərin görülməsinə başlanıldığını deyib.

Sonda nazir “AlBilad” və “AlVatan” qəzetlərinin, “Golf Diary News” və digər informasiya agentliklərinin nümayəndələrinin suallarını cavablandırıb.

Əbülfəs Qarayev qonaqları Bakının görməli yerləri, tarixi-mədəni irsi ilə tanış olmağa dəvət edərək bu səfərin onlarda ölkəmizlə bağlı xoş və zəngin təəssürat yaradacağına ümidvar olduğunu deyib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb