Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
470

Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb

Mədəniyyətin səyyar təlim briqadaları Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən ölkəmizin mədəniyyət siyasətinin daha aktiv, mobil və əlverişli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub. Təlimlərin qısa müddətdə daha da səmərəli şəkildə keçirilməsinin təmin edilməsi üçün iki müəssisə oktyabr-dekabr aylarında məhz bu briqadalardan istifadə etmək qənaətinə gəlmişdir. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Dekabrın 4-də Tovuz rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları tərəfindən növbəti qısamüddətli təlim keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Hacıyevin, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın iştirakı ilə keçirilmiş təlim regionun mədəniyyət evlərində çalışan əməkdaşları üçün təşkil olunub.

Təlimçilər, “Mədəniyyət evlərinin sosial statusu: problemlər və müasir tendensiyalar”, “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər”, “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, “Klub işinin təşkili”, “Mədəniyyət müəssisələrinin fəaliyyətinin təbliği əsasları”, “Mədəniyyət evlərinin fəaliyyətinin təşkili: müasir xüsusiyyətlər və tələblər” və “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları” mövzularda təlimlər təqdim ediblər.

Çıxış edənlər mədəniyyət müəssisələrinin fəaliyyətində yeni forma və metodların istifadəsindən, ödənişli xidmətlərdən, kreativ və mədəniyyət sənayesi, marketinq və menecmentdən, onlayn təbliğat və PR-dan danışıblar.

Daha sonra təlim dinləyiciləri və iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu günə qədər Lənkəran, Şamaxı, Bakı, Gəncə, Gədəbəy, Göyçayda müxtəlif təlimlər uğurla həyata keçirilib.

XƏBƏRLƏR

24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir