Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
428

MDB ölkələrinin mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb

MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilib.

25-28 noyabr tarixində reallaşdırılan layihənin ideyası muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsi zamanı meydana gəlib.

Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmaları və s. təşkilatların 40-dan artıq nümayəndəsi iştirak edib. Tədbir beynəlxalq aləmdə geniş rezonans doğurub, MDB ölkələrinin müxtəlif media orqanlarında materiallar yayımlanıb.

Belarus Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsinin rəsmi saytında (https://fir.bsu.by/ru/news/news-2019-12-03-02) “Sərhədsiz incəsənət” seminarına dair məqalə dərc olunub.

Məqalədə qeyd edilir ki, seminarın nəticəsi olaraq kor və görmə qabiliyyəti zəif olan turistlər, kar və eşitmə qabiliyyəti zəif olan turistlər, hərəkət məhdudiyyəti olan turistlərlə ekskursiya işinin xüsusiyyətləri sahəsində nəzəri baza genişləndirilib. Xüsusi ehtiyacı olan turistlərlə ekskursiya işinin metodologiyasına həsr olunmuş Belarus Dövlət Universitetinin Beynəlxalq turizm kafedrasının elmi tədqiqat işlərinin yeni istiqamətlərinin müəyyən olunması barədə məlumat verilib.    

Daha sonra kafedranın kollektivi tədbirin təşkilatçılarına - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirib.

Bakı seminarı barədə Beynəlxalq Muzeylər Şurasının (International Council of Museums - İCOM) rəsmi saytı da material yayımlayıb (http://icom-russia.com/data/events/itogi-mezhdunarodnogo-seminara-iskusstvo-bez-granits/).

Məqalədə bildirilir ki, seminar iştirakçıları öz çıxışlarında informasiyanın sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün inklüziv proqramları uğurla həyata keçirən dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsinin faydalılığını vurğulayıblar. Öz növbəsində əlçatan mədəniyyətin yaradılması üzrə BMT-nin tövsiyələrini rəhbər tutaraq Azərbaycan Milli İncəsənət Muzeyinin sərhədsiz mədəniyyət məkanının yaradılması sahəsində MDB-yə üzv dövlətlərlə fəal əməkdaşlıq platforması yaratdığı qeyd olunur.

A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi tərəfindən həyata keçirilən "İnklüziv muzey" layihəsinin rəsmi saytında da beynəlxalq seminar haqqında məqalə verilib (http://in-museum.ru/novosti/itogi-mezhdunarodnogo-seminara-iskusstvo-bez-granicz/).   

Yazıda qeyd olunur ki, dörd gün davam edən seminar çərçivəsində hüquqi və maliyyə sahələrinin modernləşdirilməsi də daxil olmaqla "maneəsiz mühit"in yaradılmasının aktual aspektlərinə toxunan 40-dan çox məruzə təqdim edilib. Görüşlərdə və qeyri-rəsmi ünsiyyətdə sənət və ədəbiyyatdakı əlillik problemləri, sosial uyğunlaşmada mədəniyyət obyektlərinin rolu və əlilliyi olan şəxslərin peşəkar böyümələri kimi məsələlərin müzakirə edildiyi vurğulanır.

Həmçinin məqalədə "Sərhədsiz incəsənət"  seminarı iştirakçılarının hər biri müasir muzeyin ən vacib sosial qurum və beynəlxalq qlobal turizm şəbəkəsinin iştirakçısı olaraq əlillərin ehtiyac və tələblərinə cavab verməli olduqları da diqqətə çatdırılır.

Qeyd edək ki, Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

XƏBƏRLƏR

24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir