Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1400

Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq

Fransanın Lill şəhərində “Transsiberien” gənclər festivalı dekabrın 12-də azərbaycanlı bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən vals musiqisinin ifası ilə başlayacaq.

Bu haqda festivalın direktorları məşhur skripkaçı Vadim Repin və tanınmış dirijor Klod Kasadeus məlumat veriblər.

2014-cü ildə Novosibirsk şəhərində skripkaçı Vadim Repin tərəfindən təsis edilmiş “Transsiberien” gənclərdən ibarət orkestrlərin təşviqi məqsədilə yaradılıb. Sonradan ABŞ-da, Yaponiyada, Cənubi Koreyada keçirilmiş festival bu dəfə Fransanın Lill şəhərində keçiriləcək. Məqsədi gənc musiqiçilər arasında körpü qurmaq, görüşlər keçirmək, paylaşmaq və gəncləri təşviq etmək olan festivalda azərbaycanlı bəstəkarın da musiqisi ifa olunacaq.

“Transsiberien” festivalının açılışında Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın səsləndirilməsi təsadüf deyil, səfirliyimizlə əməkdaşlığın bəhrəsidir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə Fransada film çəkilmişdir. Filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Film Fransanın bir çox kanallarında dəfələrlə nümayiş olunub və klassik musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. “Mezzo” klassik musiqi kanalında film vaxtaşırı yayımlanır ki, bu da azərbaycanlı bəstəkarın musiqisinə olan sevgini əks etdirir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi