Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1935

Beynəlxalq mədəni əməkdaşlıqda uğurlu il

2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə işlər davam etdirilib.

İl ərzində hökumətlərarası komissiyalar çərçivəsində Çin, İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Yaponiya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Monteneqro, Xorvatiya, Rusiya Federasiyası və digər ölkələrlə Hökumətlərarası Komissiyanın iclas protokollarının mədəniyyət sahəsində əməkdaşlıqla bağlı hissələrinin razılaşdırılması istiqamətində müvafiq işlər aparılıb. Komissiyaların ekspertlərinin, həmçinin Komissiya üzvlərinin görüşlərində iştirak təmin olunub.

*     *     *

2019-cu il beynəlxalq mədəni əməkdaşlıqda müqavilə-hüquq bazasının genişləndirilməsi baxımından yaddaqalan olub. Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyyət və Turizm Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında protokol, Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Bolqarıstan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2023-cü illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq haqqında proqram”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

*     *     *

İl ərzində Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, Almaniya, İndoneziya, İordaniya, Yunanıstan, Meksika, Argentina, Əfqanıstan, ABŞ, Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə görüşüb. Bununla yanaşı, nazir Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyində Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva ilə görüş olub. Keçirilən görüşlərdə mədəni əməkdaşlığın perspektivləri müzakirə edilib.

*     *     *

2019-cu ildə ölkəmizin beynəlxalq təşkilatlarla, xüsusilə də UNESCO və TÜRKSOY ilə əməkdaşlığı uğurla davam etdirilib. Martın 6-da TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə “Nəsimi ili”nin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunmuş tədbirdə Nəsiminin həyat və yaradıcılığından söz açılıb, sərgiyə baxış olub.

Mədəniyyət naziri 12-27 noyabr tarixində UNESCO-nun mənzil-qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyasında, 27-28 noyabrda isə UNESCO-nun “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib. Nazir sonuncu tədbir çərçivəsində həmçinin UNESCO-nun baş direktoru Odre Azuleylə görüşüb.

Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusunda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu keçirilib. Forumda Azərbaycan   nümayəndə heyəti də təmsil olunub.

Ölkəmizdən nümayəndə heyəti həmçinin 14-16 noyabrda VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib. Tədbir çərçivəsində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” fəxri statusunda iştirakı ilə bağlı silsilə mədəni proqramların təşkili istiqamətində danışıqlar aparılıb.

18-22 sentyabrda Anqolanın paytaxtı Luanda şəhərində keçirilən sülh mədəniyyəti naminə Pan-Afrika Forumu çərçivəsində Azərbaycan və UNESCO-nun birgə təşkilatçılığı ilə “Bakı Prosesi” və onun qlobal proseslərdə roluna həsr olunan xüsusi sessiya gerçəkləşib. Sessiyada “Bakı Prosesi”nin tarixi, əhəmiyyəti və Afrikanın bu qlobal hərəkatda rolu barə söz açılıb.

Yeri gəlmişkən qeyd edək ki, UNESCO-nun 2020-2021-ci illər üzrə “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylər proqramı” çərçivəsində 2020-ci ildə qeyd edilməsi məqsədilə görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı aidiyyəti sənədlər hazırlanıb. Nominasiyaya Rusiya Federasiyası da qoşulub və fayl təşkilat tərəfindən təsdiq olunub.

Onu da bildirək ki, oktyabrın 16-da Parisdə - UNESCO-nun baş qərargahında dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib.

*     *     *

Ölkəmiz 2019-cu ildə bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. 2-3 may tarixində Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusunda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Foruma hazırlıq, tədbirin proqramının müzakirə olunması ilə bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev və nazirliyin aidiyyəti nümayəndələrinin də iştirakı ilə Parisdə görüşlər keçirilib.

Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə keçirilən forumda çoxsaylı ölkələrin dövlət və hökumət rəsmiləri, nazirlər, millət vəkilləri, 60 ölkənin diplomatik nümayəndəliyinin rəhbərləri, elm xadimləri və ekspertlər daxil olmaqla 106 ölkə və 32 beynəlxalq təşkilatdan 500-dən çox xarici, ümumilikdə isə 2 min nəfərə yaxın nümayəndə iştirak edib.

Ötən ilin yayında (30 iyun - 10 iyul) isə ölkəmiz tarixinin ən böyük tədbirinə - UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. Sessiya çərçivəsində iki beynəlxalq tədbir – Dünya İrsi üzrə Gənc Peşəkarlar Forumu və Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumu da gerçəkləşib. Dünya İrs Komitəsinin 43-cü sessiyası mədəni irsimizlə bağlı mühüm tarixi qərarla yadda qalıb. Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

Bu mötəbər tədbirin hazırlıq prosesində Mədəniyyət naziri tərəfindən Fransada bir sıra görüşlər keçirilib. Sessiyaya ümumilikdə 180-dən artıq ölkədən 2500-dən çox nümayəndə qatılıb.

Ötən il paytaxtımız üçün də əlamətdar olub. Oktyabrın 30-da Bakı şəhəri dizayn kateqoriyası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. Qeyd edək ki, Şəki şəhəri 2017-ci ilin noyabrında təşkilatın bu şəbəkəsinə salınmışdı.

 

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib