Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
531

Biləsuvarda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirləri keçirilir

20 Yanvar faciəsi ilə əlaqədar Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrimdə mədəni-kütləvi tədbirlər davam edir.

Neftçala rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyə gedən yol” adlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlər 20 Yanvar hadisələrini əks etdirən səhnəciklər təqdim etdilər. Mərkəzdə faciəni əks etdirən sərgi nümayiş olunmuşdur.

*      *      *

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində anım günü ilə əlaqədar uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil edilmişdir. Kino zalında vətənpərvərlik mövzusunda film nümayiş olunub. Mərkəzin əməkdaşları şəhidlərin məzarlarını ziyarət etmişlər.

*      *      *

Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsində Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” başlıqlı sərgi təşkil edildi. Sərgi 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarından bəhs edir.

*      *      *

Cəbrayıl rayon Məkəzi Kitabxanasında 20 Yanvar faciəsinin otuzuncunun ildönümünə həsr olunmuş dəyirmi masa və kitab sərgisi təşkil olunmuşdur. Tədbirdən sonra Yuxarı Mərcanlı kənd tam orta məktəbin həyətində ucaldılmış “Şəhidlər” abidəsinin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur.

*      *      *

Salyan rayon Mərkəzi Kitabxanası və Salyan rayon Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə Arbatan kənd orta məktəbdə təşkil olunmuş anım tədbirini Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən olduğunu bildirmişdir. Məktəbin direktoru Aytən Ağalarova və məktəbin müəllimi Mətləb Hüseynov vətənpərvərliyin təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq, şagirdləri vətənpərvərliyə səslədilər. Şagirdlər vətənə sevgini tərənnüm edən şeirlər söyləmişlər. Daha sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş edilmişdir.

XƏBƏRLƏR

27.02.2020 09:11
Milli Qəhrəmanımıza həsr edilən “Ulu türkün Təbrizi” sənədli filmi təqdim olunub
26.02.2020 15:47
Regionlarda fəaliyyət göstərən mədəniyyət ocaqlarında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
26.02.2020 15:06
Qəbələ qoruğunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26.02.2020 14:27
Sumqayıtın mədəniyyət müəssisələrində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib
26.02.2020 14:24
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biridir
26.02.2020 10:36
Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək
26.02.2020 09:42
“Söz” ədəbi layihəsinin növbəti tədbiri Xocalıya ithaf edilib
26.02.2020 09:35
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
26.02.2020 09:33
“Xocalı ağrısı” tədbirində soyqırımı gecəsində baş verənlər xatırlanıb
26.02.2020 09:29
Məktəblilər Xocalı faciəsinə həsr olunan kompozisiya ilə çıxış ediblər
26.02.2020 09:25
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır
25.02.2020 14:59
Beşinci Buktreyler Festivalında iştirak üçün 8 addım
25.02.2020 14:24
Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir
25.02.2020 14:09
Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb
25.02.2020 14:00
Özbəkistanda Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
25.02.2020 13:57
“Xocalı-şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
25.02.2020 12:17
Mədəniyyət naziri Masallı rayonunda vətəndaşlarla görüşüb
25.02.2020 12:09
Xocalı faciəsini unutmayaq!
25.02.2020 12:09
“Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə səhnədə
25.02.2020 10:16
Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb
25.02.2020 09:45
İstanbulda “Cəhənnəmdə 8 gün” teatr tamaşasının premyerası olub
25.02.2020 09:29
Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub