Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
192

Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə ölkəmizi təmsil edib

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günü və Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi münasibətilə qonşu ölkədə səfərdə olub.

Tədbirlə bağlı təəssüratlarını bildirən Azər Paşa Nemətov deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır: “Teatrın 40 illik yubileyinin qeyd olunması Gürcü Teatr Günü çərçivəsində təşkil olunmuşdu. Bu yubiley bizim üçün xüsusi əhəmiyyət kəsb edir və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimdə Gürcüstan Prezidentinin adından məktub oxundu, Təhsil, Elm, Mədəniyyət və İdman naziri teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik etdi, onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. Səfərdə gürcü teatrının ən müqtədir sənətkarları ilə, o cümlədən böyük teatr rejissoru Robert Sturua ilə görüşdüm, birgə yaradıcı əlaqələrlə bağlı çox faydalı müzakirələr apardıq. Eyni zamanda, yubiley mərasimində çıxış etdim, teatr ictimaiyyəti adından təbrikimizi çatdırdım. Bildirdim ki, iki dost ölkənin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox uğurlu əlaqələri var, əminəm ki, əlaqələr bundan sonra daha da inkişaf edəcək”.

Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, hazırda mədəniyyət sahəsinin tərkib hissəsi kimi Gürcüstan və Azərbaycan arasında teatr əlaqələri də intensiv şəkildə davam edir: “Artıq iki ilə yaxındır ki, biz Gürcüstan Teatr Cəmiyyəti ilə yaradıcılıq və qarşılıqlı əlaqələr istiqamətində memorandum imzalamışıq. Bu proses çox aktiv davam edir. Onu da deməliyəm ki, birgə qastrol səfərləri ilə bağlı maraqlı müzakirələrimiz oldu. Gürcüstan teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına, onun kollektivinə və repertuarına böyük marağı var. Ona görə də yaxın aylarda teatrımızın kollektivinin Gürcüstana qastrol səfəri nəzərdə tutulub”.

Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də xalq teatrı adını alıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.

XƏBƏRLƏR

27.02.2020 12:35
Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb
27.02.2020 09:11
Milli Qəhrəmanımıza həsr edilən “Ulu türkün Təbrizi” sənədli filmi təqdim olunub
26.02.2020 15:47
Regionlarda fəaliyyət göstərən mədəniyyət ocaqlarında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
26.02.2020 15:06
Qəbələ qoruğunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26.02.2020 14:27
Sumqayıtın mədəniyyət müəssisələrində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib
26.02.2020 14:24
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biridir
26.02.2020 10:36
Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək
26.02.2020 09:42
“Söz” ədəbi layihəsinin növbəti tədbiri Xocalıya ithaf edilib
26.02.2020 09:35
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
26.02.2020 09:33
“Xocalı ağrısı” tədbirində soyqırımı gecəsində baş verənlər xatırlanıb
26.02.2020 09:29
Məktəblilər Xocalı faciəsinə həsr olunan kompozisiya ilə çıxış ediblər
26.02.2020 09:25
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır
25.02.2020 14:59
Beşinci Buktreyler Festivalında iştirak üçün 8 addım
25.02.2020 14:24
Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir
25.02.2020 14:09
Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb
25.02.2020 14:00
Özbəkistanda Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
25.02.2020 13:57
“Xocalı-şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
25.02.2020 12:17
Mədəniyyət naziri Masallı rayonunda vətəndaşlarla görüşüb
25.02.2020 12:09
Xocalı faciəsini unutmayaq!
25.02.2020 12:09
“Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə səhnədə
25.02.2020 10:16
Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb
25.02.2020 09:45
İstanbulda “Cəhənnəmdə 8 gün” teatr tamaşasının premyerası olub