Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2556

“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı

2019-cu il ərzində “Mədəniyyət.AZ” jurnalının səhifələrində ölkənin demək olar ki, bütün mədəniyyət hadisələri öz əksini tapıb, yubileylər, bədii və sənədli filmlər, maraqlı teatr hadisələri, festivallar, nəfis elmi və bədii nəşrlər, mədəni irsimizlə bağlı bütün əhəmiyyətli layihələr, beynəlxalq aləmdə ölkənin qazandığı uğurlar və dövlətin reallaşdırdığı qlobal mədəniyyət tədbirləri – heç biri diqqətdən kənarda qalmayıb. “Nəsimi ili”nin ən maraqlı nəşr hadisəsi də elə “Mədəniyyət.AZ” jurnalının xüsusi buraxılışı olub.

Jurnalın son sayına yenə də il ərzində təşkil olunan mədəni tədbirlərin məcmusu kimi baxıla bilər. Əvvəlcə mədəniyyət xəbərlərinə ekskursla oxucuya bir xülasə təqdim edilir, daha sonra isə konkret olaraq Bakının və bölgələrimizin mədəniyyət və sənət həyatında baş verən maraqlı faktlardan söhbət açılır.

Belə ki, VI Beynəlxalq Bakı Kitab sərgi-Yarmarkası, dahi Carli Çaplinin vəfatının 130 illiyi, Dövlət “Yuğ” teatrının 30, teatrın yaradıcısı Vaqif İbrahimoğlunun 70 illik yubileyi, rəqs sənətinin Tamilla Şirəliyeva kimi ustadları haqqında yazı, görkəmli bəstəkarımız Fərəc Qarayev haqqında əcnəbi jurnallarda çıxan məqalə, Bakıda keçirilən “Aliminium” - VI Bakı Beynəlxalq Müasir İncəsənət Byennalisi haqqında məqalə, xalqımızın adət-ənənəsini özündə qoruyub saxlayan həsirçilik sənətindən bəhs edən elmi-publisistik esse, Bakı kəndlərindən Balaxanı abidələrinə həsr olunmuş yazı və doğma Təbrizin havasını udduran səyahət xatirələri ilə oxucuların qarşında səhifələnir.

Həmişəki kimi, Ali Attestasiya Komissiyasının nəşri olaraq elmi məqalələrin də sayı kifayət qədər zəngin və məzmunlu olub.

Jurnal 2019-cu il fəaliyyətini bu sayla başa çatdırır və böyük məmnuniyyətlə 2020-ci ildə də uğur və əzmlə çalışmaq ümidindədir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib