23.01.2020 12:09
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovla Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim Rozental, AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümov arasında görüş olub.
Görüşdə əsas məqsəd mədəniyyətlərarası dialoqun genişləndirilməsi, Nyu-York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq aparılmasıdır.
Görüşdə danışıqların şəhərlərimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində yeni cığırların açılmasına və birgə müştərək layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.