Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1132

Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib

Yanvarın 25-də "Moskva-Bakı: mədəniyyətlərin dialoqu" konfransı çərçivəsində Bakı Kitab Mərkəzində TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və "Həyat formulu" kitablarının təqdimatı oldu.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransını yüksək dəyərləndirdi. Bildirdi ki, Azərbaycanla Rusiya arasında uğurla inkişaf edən münasibətlər bir çox istiqamətləri, o cümlədən humanitar sferanı, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığı əhatə edir.

Kitabların müəllifini 70 illik yubileyi münasibətilə təbrik edən səfir diqqətə çatdırdı ki, Mixail Qusman və qardaşı, respublikamızın Xalq artisti Yuli Qusman doğulduqları şəhərə, Azərbaycana hər zaman böyük sevgi və bağlılıq nümayiş etdirirlər.

Xalq yazıçısı Anar çıxış edərək Mixail Qusmanı yubiley münasibətilə təbrik etdi, ona xoş sözlərini bildirdi, yubilyara öz kitablarına hədiyyə etdi.

Xalq artisti Fərhad Bədəlbəyli yubilyarın təqdim olunan hər iki kitabı ən səmimi hisslər üzərində qələmə aldığını vurğuladı. Bildirdi ki, “Həyat formulu” kitabında anası və atası ilə bağlı xatirələri yer alıb və kitabdakı təsvir olunan mühit bizim hər birimizə doğmadır.

Mixail Qusmanın qardaşı Yuli Qusman çıxışında vurğuladı ki, “Bakı-Moskva:  mədəniyyətlərin dialoqu” konfransı Azərbaycan və Rusiya xalqları arasında olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. O, konfrans çərçivəsində kitabların təqdimatını və insanların bu tədbirə böyük maraq göstərməsini həm də Qusman qardaşlarının Bakıya sevgisinin nəticəsi kimi qiymətləndirdi.

Sonda Mixail Qusman tədbirə qatılanlara təşəkkürünü bildirdi və kitablarını imzalayaraq iştirakçılara hədiyyə etdi.

XƏBƏRLƏR

05.06.2020 10:52
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
05.06.2020 10:51
Unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür
05.06.2020 10:45
Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat konfransı keçirilib
04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib