Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
722

Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.

Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə açılmış “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgidə 40-dan çox eksponat nümayiş olunur.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova  bildirib ki, Azərbaycan xalçasının UNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 10 illiyinə həsr edilmiş sərgidə ötən əsrin 20-70-ci illərində “Azərxalça” İstehsalat Birliyində hazırlanmış, maraqlı süjet kompozisiyalarından ibarət xalçalar təqdim olunur. Ş.Məlikova deyib: “Azərbaycan xalçası xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet dönəmində bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır. Bu ənənə hazırda uğurla davam etdirilir”.

Şərq Muzeyinin direktoru Aleksandr Sedovun sözlərinə görə, ötən əsrdə Azərbaycanda yeni ideologiyanın ənənəvi sənət nümunələri vasitəsilə təbliği Moskva tamaşaçıları üçün də maraqlı olacaq: “Bizim muzeydə də ötən əsr Azərbaycanına aid bir sıra eksponatlar var. Biz onları da sərgidə nümayiş etdiririk. Bu, tikmələr, çini qablar və sairdir. Sərgini gələcəkdə Bakıda və daha sonra digər xarici ölkələrdə nümayiş etdirmək niyyətindəyik”.

Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova sərginin açılışı münasibəti ilə toplaşanları təbrik edərək bildirib ki, bu maraqlı ekspozisiyanın nümayişi Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılan daha bir uğurlu addımdır. N.Axundova həmçinin vurğulayıb ki, fevralın 4-də ölkəmizin Rusiyadakı səfiri, görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlunun yubileyi qeyd olunur: “Polad müəllim ad gününü doğma Qarabağa, ata yurdu Şuşaya yaxın Beyləqan rayonunda, hərbi hissədə, əsgərlərlə birlikdə qeyd edir. Dünən Azərbaycan Prezidenti İlham Əliyev ona ən yüksək mükafat – “Heydər Əliyev” ordenini təqdim edib. Rusiya Prezidenti Vladimir Putin ona səmimi təbrik məktubu ünvanlayıb”.

Sərgidə 40-dan çox eksponat – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir. Fevralın 4-dən martın 1-dək davam edəcək sərginin açılışı münasibəti ilə ayrıca kataloq da nəşr edilib.

XƏBƏRLƏR

05.06.2020 10:52
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
05.06.2020 10:51
Unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür
05.06.2020 10:45
Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat konfransı keçirilib
04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib