Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1422

Bənzərsiz əsərləri Qara Qarayevə əbədiyaşarlıq qazandırıb

Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın anadan olmasının 102 illiyinə həsr edilən tədbir keçirildi.

Mərasimdə Mədəniyyət nazirinin birinci müavini Vaqif  Əliyev, nazirliyin Aparat rəhbəri Fikrət Babayev və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbiri açıq elan edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova qonaqları salamladı. Diqqətə çatdırdı ki, dahi bəstəkar Qara Qarayevin doğum günü ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd edilir: “Sevindirici haldır ki, artıq ikinci dəfədir böyük sənətkarın doğum günü ilə bağlı tədbiri onun ev-muzeyində keçiririk. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu muzey bəstəkarın irsinin gənc nəslə təbliğində mühüm əhəmiyyətə malikdir”.

Direktor həmçinin bildirdi ki, tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda səfərdə olan Moskva şəhəri Qara Qarayev adına Musiqi məktəbi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moskva şəhərində dahi bəstəkarın adını daşıyan musiqi məktəbi ilə əməkdaşlıqdan söz açan Alla Bayramova dedi ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi məktəbə hər zaman dəstək göstərir, Qara Qarayevin yaradıcılığı, not yazıları və həyat və fəaliyyətini əks etdirən stendin yaradılmasında yaxından iştirak edib.

Qara Qarayevin ev-muzeyinin direktoru, pianoçu Züleyxa Qarayeva-Bağırova atasının xatirəsini əziz tutub yad etdikləri üçün təşəkkürünü bildirdi: “Ailə olaraq atamın sağlığında bu tarixi həmişə dostların, qohumların, atamın sevimli tələbələrinin əhatəsində qeyd edərdik. Bu gün illər keçib, özü dünyada olmasa da, yenə də sevənləri bir araya gəlib onu yad edirlər. Bu sevgiyə görə hər kəsə minnətdaram”.

Moskva şəhər Musiqi məktəbinin müəllimi Valeri Matryaşin dahi bəstəkarın ev-muzeyi ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, Qara Qarayevin adını daşıyan məktəbdə hər il bəstəkara həsr olunmuş müsabiqənin keçirildiyini diqqətə çatdırdı.

Daha sonra Moskva şəhər Qara Qarayev adına Musiqi məktəbinin müəllim və şagirdləri, Bakı şəhər musiqi məktəblərinin şagirdləri və Əməkdar artist Adilə Əliyeva bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim etdilər.

Konsert proqramından sonra Alla Bayramova qonaqların diqqətinə çatdırdı ki, ötən il Qarayevlər ailəsi üçün daha bir əlamətdar tarixlə yadda qalıb. Qara Qarayevin qardaşı, görkəmli cərrah Mürsəl Qarayevin 100 illik yubileyi qeyd edilib. Bu gün Mürsəl Qarayevin (1919-1975) 100 illiyinə həsr edilmiş film nümayiş olunacaq.

Şair-publisist Səlim Babullaoğlu çıxış edərək vurğuladı ki, bir ailənin görkəmli üzvünü xatırlayarkən digər üzvlərin də millət, xalq üçün layiqli vətəndaş olduğunu görürük: “Bu ailənin üzvlərindən Azərbaycan elminə, mədəniyyətinə şöhrət qazandıran görkəmli şəxsiyyətlər yetişib. Bu insanlardan biri də Azərbaycan tibb elmində böyük xidmətləri olan Mürsəl Qarayevdir”.

Daha sonra Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olundu. Filmin ssenari müəllifləri Səlim Babullaoğlu və Əməkdar artist Rafiq Həşimov, rejissoru Rafiq Həşimov, operatoru Rüfət Süleymanovdur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi