Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
256

“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qara Qarayev adına Mərkəzi musiqi məktəbi ilə birlikdə 1-5 aprel 2020-ci il tarixlərində “SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsi
keçirəcək.
Müsabiqənin əsas məqsədi klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının, musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq yaradıcılıq kollektivlərinin ifaçılıq məharətinin yüksəldilməsi, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.
Müsabiqədə solo və ansambllar iştirak edə bilərlər. 5 yaş qrupu üzrə keçirilən yarışma “Simli alətlər (solo)”, “Nəfəs və zərb alətləri (solo)” nominasiyaları üzrə iki turda, “İnstrumental ansambllar (simli, nəfəs və ya simli və nəfəs alətlərindən ibarət qarışıq)” nominasiyasında isə bir turda
olacaq.
Müsabiqədə 5 yaş qrupu üzrə keçirilir: I yaş qrupuna 7-11 yaş arası; II yaş qrupuna 12-15 yaş arası uşaqlar, II yaş qrupuna 16-19 yaş arası yeniyetmə və gənclər, IV yaş qrupuna 20-25
yaş arası gənclər, Ansambllar üçün nəzərdə tutulmuş Qarışıq yaş qrupunda isə 7-25 yaş arası musiqiçilər iştirak edə bilərlər. Müsabiqədə işttirakçıların yaşı 15.03.2020-ci il
tarixinə əsasən müəyyənləşdirilir.
Qalibləri diplom və hədiyyələr gözləyir. Qran-pri qaliblərinə, hər nominasiya üzrə 1 nəfər olmaqla, 500 manat, Birinci yer qaliblərinə isə, hər nominasiya üzrə 4 nəfər olmaqla) – 300
manat pul mükafatının verilməsi nəzərdə tutulub.
Münsiflər tərəfindən seçilən müsabiqə iştirakçıları Qala- konsertdə çıxış edəcəklər.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat cari ilin martın 15- dək davam edir. Daha ətraflı məlumatı “SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinin rəsmi internet səhifəsindən
əldə edə bilərsiniz: http://sunlightway.az/index_az.html

XƏBƏRLƏR

21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır