Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5610

“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirildi

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirildi.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan müşavirədə dövlət və özəl sektorun təmsilçiləri və yerli sənaye nümayəndələri, habelə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edirdi.

***

Müşavirədən əvvəl jurnalistlərə açıqlama verən Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, tədbirin Avropanın mədəni marşrutlarının ölkəmizdə təşkili ilə bağlı keçirildiyini dedi. Bildirdi ki, hazırda Azərbaycan Avropanın beş mədəni marşrutunun üzvüdür: “Bu nailiyyətləri biz son illərdə əldə etmişik. Bu gün Azərbaycan Avropa mədəni irsinin ayrılmaz bir hissəsinə çevrilib. Ölkəmizin Avropanın mədəni marşrutlarına daxil olması yeni yaradıcılıq potensialımızın əks olunması baxımından olduqca əhəmiyyətlidir. Ölkəmizin tolerant və multikultural dəyərlərə hörmət etməsi Avropada yüksək qiymətləndirilir. Bu gün Avropada mövcudluğunu davam etdirən yeganə yəhudi şəhərciyi Quba rayonunun Qırmızı Qəsəbəsidir. Onun varlığı İslam ölkəsi olan Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyindən xəbər verir”.

Nazir qeyd etdi ki, Azərbaycan ərazisində termal suların mövcudluğu bu istiqamətdə də əlaqələrə geniş meydan açır. “Sevindirici haldır ki, ölkəmizdən “Qalalatı” kurort mərkəzi Avropanın "Termal şəhərlər" mədəni marşrutuna üzv olub. Ermənistanın işğalı altında olan bir sıra ərazilərimizdə də termal bulaqlar var. Ötən il Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda təmsil olunmağa başladı. Biz düşünürük ki, bu istiqamətdə Azərbaycan da yeni yolların təşəbbüskarı ola biləcək. Avropa proqramının rəhbərinin ölkəmizə gəlməsi və bu konfransda iştirakı mədəni sahədə fəal mövqeyimizi əks etdirir”, - deyə nazir bildirdi.

***

Sonra “Mədəniyyət” kanalının əməkdaşı Ruslan Həsənlinin moderatorluğu ilə müşavirə öz işinə başladı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev müşavirə iştirakçılarını salamladı, Azərbaycanda yaradıcı sənayenin inkişafından söz açdı. Qeyd etdi ki, ölkəmizdə yaradıcı sənayenin imkanları çox genişdir. Bu sahənin inkişaf etdirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir: “Ötən ilin dekabrında bir sıra dövlət qurumlarının iştirakı ilə böyük bir tədbir keçirildi, dünən bu sahədə daha bir forum keçirildi. İstəyərdim ki, bu müşavirə də nazirliyin strateji ümumi yol xəritəsində öz əksini tapsın və inkişaf etdirilsin. Məlum olduğu kimi, Azərbaycan neçə illərdir ki, Avropa Şurası Mədəni Marşrutları layihəsinin üzvüdür. Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi müzakirə panelləri təşkil olunmuşdur. Biz bu hərəkata çox sürətlə daxil ola bildik. Hazırda Azərbaycan Avropa Şurasının Mədəni Marşrutlar layihəsinin 5 marşrutuna – “Şərab Yolu”, “Yəhudi irsi üzrə Avropa marşrutu”, “Qədim Qayaüstü İncəsənət İzləri”, “Termal şəhərlər” və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutlarına qoşulub”.

Nazir vurğuladı ki, mədəni marşrutların Azərbaycan mədəniyyətinin təbliğatına, yeni fikirlərin formalaşmasına, ölkəmizin yaradıcılıq potensialının nümayişinə şərait yaradır: “Qeyd olunan bu marşrutların hərəsinin özünəməxsus missiyası var. Hər bir marşrut insanların fəaliyyəti ilə, ənənələr və yaradıcılıq imkanları ilə bağlıdır. Hesab edirəm ki, bu marşrutların inkişafı eyni zamanda Azərbaycanda mədəniyyət sahəsinin təkmilləşdirilməsinə müsbət təsir göstərir. Çünki yalnız yeni mübadilə və yeni fikirlər, digər ölkələrdə gedən prosesləri izləyərək mənimsəmək Azərbaycanın mədəniyyət mənzərəsinin dəyişilməsinə əhəmiyyətli təsir göstərə bilər”.

Ölkəmizin beş mədəni marşrutu haqqından danışan Əbülfəs Qarayev Azərbaycan üçün çox yeni olan “Şərab yolu” marşrutuna daxil olarkən müəyyən sualların yarandığını dedi: “Lakin həmin suallara bizim cavabımız vardı. Çünki Azərbaycanda vaxtilə almanlar tərəfindən bünövrəsi qoyulan şərab istehsalı, onun dünya bazarına çıxarılması mövcud olmuşdu. Sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən üzümçülüyün inkişafı ilə bağlı genişmiqyaslı  tədbirlər öz bəhrəsini vermişdi. Sovetlər dövründə Azərbaycan üzümçülüyün yeniş inkişaf etdirildiyi ölkələrdən birinə çevrilmişdi. Ancaq müstəqilliyimizi bərpa etdiyi ilk illərdə ölkə həyatının digər sahələri kimi, bu ənənələr pozuldu, çətinliklər meydana çıxdı. Ulu öndərin uğurlu iqtisadi-siyasəti sayəsində şərabçılıq da bərpa olunaraq yeni mərhələyə qədəm qoydu. Şərabçılıq deyildikdə ilk olaraq düşüncələrdə heç də bunun mənfi tərəfləri təsəvvür edilməməlidir. Onun istehsalı, ənənələri, qida mədəniyyəti kimi formalaşması, müalicəvi funksiyaları əsas götürülməlidir. Bu gün Azərbaycan mətbəxində doşabdan tutmuş sirkəyə qədər istifadə olunur və bu bizim qida mədəniyyətimizin ayrılmaz hissədir. Bütün bunları təbliğ edərək dünyaya tanıtmaq lazımdır. Buna görə də Avropa ilə bu sahədə əməkdaşlıq bizə çox geniş imkanlar yaradır”.

Nazir Azərbaycan xalqının tolerantlığının dünyada təqdir olunduğunu dedi. Əlavə etdi ki, ölkəmizin “Yəhudi irsi üzrə Avropa marşrutu”nda təmsil olunması da tolerant və multikultural dəyərlərə rəğbətlə yanaşmağımızın nəticəsidir: “Avropada XIV əsrdən etibarən 300-ə qədər yəhudi şəhərciyi mövcud olub. Bu gün bu şəhərciklərdən bəlkə də yeganə qalanı bizim Qırmızı Qəsəbədir. Bu da bizim tolerantlıq ənənələrinə sadiqliyimizi əks etdirir və bunu lazımınca təbliğ etmək lazımdır. Cənab Prezident Azərbaycanda multikultural dəyərlərin qorunması ilə bağlı mühüm sərəncamlar imzalamışdır. Bu fəaliyyət bizə geniş imkanlar yaradır”.

Qobustanın Azərbaycan xalqının milli sərvəti olduğunu deyən nazir bildirdi ki, ölkəmizin “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutuna daxil edilməsinin təbii olduğunu vurğuladı: “Çünki bu mədəni marşruta cəmi yeddi ölkə daxildir ki, onlardan biri Azərbaycandır. Bu gün biz xalqımızın yaradıcılıq qabiliyyətinin bünövrəsini Qobustanda görürük. Hələ 20 min il bundan əvvəl bu ərazidə yaşayan insanlar bənzərsiz bir miras yadigar qoyublar”.

Qeyd olundu ki, “Termal şəhərlər” mədəni marşrutu ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın bu sahədə böyük potensialı var və bu malik olduğumuz imkanlar geniş təbliğ olunmalıdır: “İşğal olunmuş ərazilərimizdə də termal su qaynaqlarımız var. Təəssüf ki, biz onlardan yararlana bilmirik. Bu gün Avropada müalicəvi sulardan istifadə etmək niyyətində olan insanlar bu marşrut vasitəsilə Azərbaycanı da ziyarət edirlər”.

Nazir diqqətə çatdırdı ki, ötən il ölkəmizin qoşulduğu “Zeytun ağacları” marşrutu da əhəmiyyət kəsb edir. Zeytun bəşəriyyətin tarixini əks etdirən bir ağacdır. Bu ağac sülhsevərliyi simvollaşdırır. “Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəniyyəti və incəsənətinin, o cümlədən mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların bu marşruta cəlb olunması əsas məqsədlərdəndir.

Əbülfəs Qarayev dedi ki, qeyd olunan marşrutlar üzrə hər bir region müəyyən layihələr həyata keçirməlidir. Bu mənada müvafiq sahələr üzrə istehsalat, turizm, internet üzərindən reklam və s. fəaliyyət gerçəkləşdirilməli, yeni xidmətlər formalaşdırılmalıdır.

Qeyd olundu ki, bu marşrutlarla əlaqəsi olmayan regionlar da yeni formalardan istifadə edərək bu hərəkata qoşula bilərlər: “Digər bir məsələ isə yeni marşrutların yaradılmasıdır. Məsələn, xalçaçılıqla bağlı marşrut yaradıla bilər. Biz qədim xalçaçılıq ənənələrinə mailik bir xalqıq və bunu təbliğ etməliyik. Hesab edirəm ki, Azərbaycanda xalça işi ilə məşğul olan təşkilatlar bu haqda düşünməlidirlər və nazirlik onlara dəstək verməyə hazırdır. Eyni zamanda Azərbaycan qədim musiqi beşiklərindəndir. Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində muğam sənətinin inkişafı ilə bağlı xüsusən islam ölkələri, İSESCO çərçivəsində yeni mədəni marşrutun yaranmasına təşəbbüs göstərməliyik. Bu marşrut “İslam dünyasının muğam yolları” adlana bilər. Yəni yeni mədəni marşrutların təşəbbüskarı olmalı, bu istiqamətdə real addımlar atmalıyıq. Bu da, sözsüz ki, Azərbaycan mədəniyyətinin təbliğinə öz töhfəsini verəcək”.

Çıxışının sonunda nazir Əbülfəs Qarayev müşavirənin işinə uğurlar arzuladı və  iki gün müddətində maraqlı müzakirələr aparılacağına əminliyini bildirdi.

***

Daha sonra Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni çıxış etdi. Bildirdi ki, mədəniyyət xalqın tarixinin əsasıdır. Bu baxımdan Azərbaycanda təşkil edilən bu müşavirə böyük əhəmiyyət kəsb edir. Qonaq təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verdi. Dedi ki, Azərbaycanın mədəni marşrutlarda iştirakı milli ənənələri inkişaf etdirərək təbliğ etməyə şərait yaradır: “Azərbaycanın həm də Şərqlə yaxınlığı bu marşrutların zənginliyinə və müxtəlifliyinə səbəb olur. İnanıram ki, bu müşavirədə zəngin mübadilə aparılacaq və müxtəlif yeni ideyaların yaranmasına vəsilə olacaq”.

Sonra müşavirə panel iclasla davam etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb