Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2084

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Siyəzən rayonunda, nazirin birinci müavini Vaqif Əliyev Quba rayonunda, nazir müavini Rafiq Bayramov isə Xaçmaz rayonunda vətəndaşlarla görüşüb.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin Siyəzən rayon Heydər Əliyev Mərkəzində Siyəzən və Şabran rayonlarından olan vətəndaşlarla görüşündə sakinlər tərəfindən “Yarat Müasir İncəsənət Məkanı” İctimai Birliyinin səyyar sərgisinin Siyəzəndə təşkili, Xalq teatrı tamaşalarının bölgələrdə nümayişi və aktyorların səhnə geyimləri ilə təmin olunması, Pirəbədil kəndində xalça festivalının keçirilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi və eləcə də muzey əməkdaşlarının bölgədə aparılan arxeoloji qazıntılarda iştirakının təmin olunması ilə bağlı müraciətlər səsləndirilib.

Qəbulda həmçinin Siyəzən şəhər Uşaq incəsənət məktəbinin 30 illik yubileyinin qeyd edilməsi və məktəbə musiqi alətlərinin verilməsi, Şabran şəhərində Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazirə müraciət edilib.

***

Nazirin birinci müavini Vaqif Əliyevin Quba rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda Quba və Qusar rayon sakinləri tərəfindən Qusar Rayon Dövlət Rəsm Qalereyasının nəzdində sənətkarlıq məhsullarının satışı köşkünün yaradılması, “Könüllülər teatrı” üçün səhnə geyimlərinin verilməsi, Qusar rayon Mərkəzi Kitabxanasının 90 illiyinin keçirilməsi, Qubada etnoqrafiya muzeyinin yaradılması, Amsar-Qışlaq kəndində kitabxananın bərpa edilməsi ilə bağlı məsələlər səsləndirilib.

Vətəndaşlar eyni zamanda Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının yenidən qurulması, Amsar kənd kitabxanasına görkəmli mütəfəkkir Abbasqulu ağa Bakıxanovun adının verilməsi, Qusar rayon Əniq kənd məscidinin bərpa olunması, Quba şəhər Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı Vaqif Əliyevə müraciət ediblər.

***

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun Xaçmaz sakinləri ilə görüşü rayon Tarix-Diyarşünaslıq Muzeyində  keçirilib. Qəbulda vətəndaşlar tərəfindən Xaçmaz Xalq teatrına səhnə geyimlərinin və rekvizitlərin verilməsi, kitabxana menecmenti və marketinqi üzrə treninqlərin təşkili, işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə klub müəssisələrində profillər üzrə treninqlərin keçirilməsi, kənd kitabxana filiallarının telefon və internetlə təmin olunması, “Könüllülər mərkəzi”nin yaradılması, Xaçmazın tarixi məkanlarına mədəni marşrutların təşkili ilə bağlı müraciətlər diqqətə çatdırılıb.

Görüşdə həmçinin sakinlər tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin regionda görüşlərinin keçirilməsi, Tarix-Diyarşünaslıq Muzeyində tarix dərslərinin təşkili, Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə rus dilində ədəbiyyatın verilməsi ilə bağlı təkliflər də səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib