26.03.2020 01:51
Dövlət Pantomima Teatrı bəşəriyyətin bəlasına çevrilən COVID-19 koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.
Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev və bədii rəhbəri, baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə da aksiyaya qoşularaq bir aylıq əmək haqlarını ölkə başçısının müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.