Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1276

“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən xalq mahnıları və muğamlarımız, instrumental milli rəqs havalarının ifaları canlı olaraq tamaşaçılara təqdim edilir.

Aprelin 1-də saat 19.00-da ilk musiqili yayım efirə verildi. Aparıcı evlərində televiziya ekranları qarşısında əyləşən hər kəsi salamlayaraq dedi ki, sənətsevərlər Beynəlxalq Muğam Mərkəzinin zalından müxtəlif musiqi axşamlarını, konsert proqramlarını izləyiblər. İndi isə hamımızın sağlamlığı diqqətə alınaraq tətbiq edilən karantin rejimimdə sizlər evlərinizdəsiniz. Amma mədəniyyətimiz, musiqimiz yenə sizinlədir. Diqqətə çatdırıldı ki, aprelin 1-dən etibarən həftənin 6 günü saat 19-da Mədəniyyət Nazirliyi ilə birgə "Bizi birləşdirən mədəniyyət" proqramı efirə gedəcək.

Verilişin ilk qonağı tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi "Qarabağ" muğami qrupunun üzvləri – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağara ifaçısı Siyavuş Kərimov oldu.

Xalq artisti ilk efirə dəvətə görə təşəkkürünü bildirdi. Vurğuladı ki, sosial izolyasiya müddətində tamaşaçıların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün bu günlər Mədəniyyət Nazirliyi bir sıra layihələr həyata keçirir. Müasir informasiya texnologiyalarının köməyi ilə reallaşan bu layihələr təqdirəlayiqdir: “Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu günlərdə xalqa müraciət etdilər. Biz bu müraciətlərə dəstək olaraq gələcəyimiz naminə birliyimizi nümayiş etdirməliyik. Xalqımızın sağlığı naminə dövlət tərəfindən tətbiq olunan sosial izolyasiya və karantin rejiminə riayət etməklə, həmrəy olaraq biz bu sınaqdan qalib çıxacağıq”.

Verilişin qonaqları Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsini alqışlayaraq bir daha xalqımızı bu günlərdə evdə qalmağa, karantin rejiminə əməl etməyə səslədilər. Mədəniyyət naziri Əbülfəs Qarayevin incəsənət xadimlərini mədəni irsimizin təbliği naminə fəal olmağa çağırdığını xatırladan Mənsum İbrahimov sənətçi həmkarlarının bu prosesdə yaxından iştirak edəcəyinə əminliyini bildirdi.

"Bizi birləşdirən mədəniyyət" proqramı muğamlarımız, təsniflər və xalq mahnılarından ibarət bir-birindən maraqlı ifalar ilə davam etdi.

Veriliş çərçivəsində #evdəqal #gələcəyini düşün şüarı ilə musiqi xadimlərinin sosial şəbəkələrdə paylaşımlarından nümunələr də təqdim edildi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib