Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1310

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan olunur

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı MÜSABİQƏSİ

Bakı - 2020

 

I. Ümumi Məlumat

1. Adı

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı üzrə müsabiqə

Bakı, aprel-may 2020-ci il.

 

2. Təşkilatçılar

• Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

• Azərbaycan Bəstəkarlar İttifaqı

 

3. Müsabiqənin strukturu

• Müsabiqə bir kateqoriya üzrə - vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarətdir.

• Seçim mərhələsi sənədlərə və audio yazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.

 

4. Müsabiqənin keçirilmə tarixi

10 aprel - 9 may, 2020-ci il

 

5. Müsabiqənin keçirildiyi yer

Azərbaycan Bəstəkarlar İttifaqı

(Xaqani küçəsi, 53, Bakı)

 

6. Münsiflər heyəti

Firəngiz Əlizadə - sədr

Cəlal Abbasov – üzv

Gövhər Həsənzadə - üzv

Həcər Babayeva – üzv

Elnara Dadaşova – üzv

Lətifəxanım Əliyeva - kordinator

 

II. Müsabiqədə iştirak üçün müraciət

1. Uyğunluq

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər.

 

2. Son müraciət tarixi

9 may 2020-ci il

İştirakçılar music0306@mail.ru və ya musabige@mail.ru elektron ünvanlarına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.

Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

 

3. Qeydiyyatdan keçmə qaydası

Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. İştirakçılar tərəfindən fərdi şəkil, yaradıcılıq xülasəsi və audio yazı (5 dəqiqədən çox olmamaq şərti ilə) yuxarıda qeyd olunan elektron ünvana göndərilməlidir. Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq öndən, sinədən yuxarı çəkilmiş və yüksək keyfiyyətli rəqəmsal formatda şəkillər olmalıdır (minimum 300 dpi). Şəkillərin istifadəsinə dair müəllif tərəfindən iddia olunmamalıdır. Şəkillərdən rəsmi proqramlarda, web-saytlarda və ictimai əlaqələr məqsədilə istifadə olunacaqdır.

Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.

 

4. Qeydiyyat ünvanı

Müsabiqə ilə bağlı ətraflı məlumatı music0306@mail.ru elektron ünvanı vasitəsilə əldə etmək mümkündür.

 

5. Seçim mərhələsi

Seçim mərhələsi ərizəçilər tərəfindən təqdim olunmuş musiqi parçalarına əsasən həyata keçiriləcəkdir.

 

III. Müsabiqədə iştirak

1. Müsabiqə çıxışları

• Müsabiqə dinləyicilər üçün qapalı şəraitdə keçirilir.

• Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.

 

2. Rəy

5 nəfərdən ibarət Münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək. Münsiflərin ayrı-ayrılıqda qərarlaşdırdıqları fərdi qiymətləndirmə siyahıları ümumi cədvələ köçürüləcək və orta qiymətləndirmə hesabatı ictimaiyyətə açıqlanmazdan əvvəl münsiflər tərəfindən müzakirə olunacaq.

• Müsabiqə zamanı münsiflərlə iştirakçılar arasında heç bir ünsiyyətə icazə verilmir. Bu qayda müsabiqəni tərk etmiş iştirakçıya aid edilmir.

• Münsiflər heyətinin verdiyi qərara qarşı heç bir etiraz və ya şikayət qəbul edilmir.

 

3. Mükafatlar

Qran-Pri - 2 000 manat məbləğində pul mükafatı

Birinci yer - 1 500 manat məbləğində pul mükafatı

İkinci yer - 1 250 manat məbləğində pul mükafatı

Üçüncü yer - 1 000 manat məbləğində pul mükafatı

• Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir

• Əgər bir neçə qalib eyni yeri tutarsa, onda həmin yer üçün müəyyən edilmiş mükafat həmin qaliblər arasında tam şəkildə bölüşdürülməlidir

• Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər

• Mükafatlar qaliblərə şəxsən nağd pulla təqdim ediləcəkdir.

 

IV. Digər Məsələlər

Məhdudiyyətlər

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib