Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6336

Regional mədəniyyət idarələri üzrə Respublika müsabiqəsi

"Mədəniyyətimizi virtual məkanda tanıdaq"
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri üzrə respublika müsabiqəsinin
 şərtləri

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ölkəmizdə koronavirus (Covid-19) infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş sosial təcrid şəraitində respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin, mədəniyyət işçilərinin, ayrı-ayrı yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdılrılması, regional mədəniyyət idarələri tərəfindən irəli sürülmüş təşəbbüs və sosial layihələrin dəstəklənməsi və təbliği məqsədilə 2020-ci ilin aprel-may aylarında videoyazılar əsasında respublika müsabiqəsini keçirir.

 

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

1. Virtual təqdimat

Bu nominasiya üzrə təqdim edilən videomaterialda mədəniyyət müəssisəsinin fəaliyyəti maraqlı və məzmunlu şəkildə öz əksini tapmalıdır. Mədəniyyət müəssisəsinin təqdimatı 1 videoyazı və ya silsilə videoroliklər şəklində ola bilər.   

 

2. Mədəniyyət məsafədən

Bu nominasiya üzrə təqdim edilən videomaterialda mədəniyyət müəssisəsində təklif olunan online xidmətlərin növləri (online ekskursiya, sərgi, konsert, tamaşa, kitabxana xidməti və s.), bu xidmətlərin təşkili nümayiş etdirilməlidir.

 

3. Mədəni iz

Bu nominasiya üzrə təqdim edilən videoroliklər milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunması və təbliğinə, təşəbbüs və layihələrə (evdə yaradıcılıq, ahıl mədəniyyət işçilərinə yardım, sosial dəstəyə ehtiyacı olanlara kömək və s.) yönəlik fəaliyyətləri əks etdirməlidir.

 

4. Ən yaxşı distant dərs

Bu nominasiya üzrə uşaq musiqi, incəsənət və ya rəssamlıq məktəbi müəlliminin şagirdlə internet vasitəsilə keçdiyi distant (məsafədən) dərsin videoyazısı təqdim edilməlidir. Dərsin mövzusu müvafiq sinif üzrə tədris proqramına uyğun olmalı, dərs keyfiyyətli aparılmalıdır. Distant dərs həm fərdi, həm qrup şəklində aparıla bilər

 

Müsabiqədə iştirak şərtləri:

1. Müsabiqədə iştirak üçün videomateriallar regional mədəniyyət idarəsi, mədəniyyət müəssisəsi və ayrı-ayrı şəxslər tərəfindən təqdim edilə bilər.

2. Müsabiqəyə yalnız karantin dövründə hazırlanmış videomateriallar təqdim edilə bilər.

3. Hər nominasiya üzrə təqdim olunan videomaterialların sayı 3-dən artıq olmamalıdır. Əgər hər hansı bir mövzu üzrə silsilə çəkiliş aparılmışdırsa və hazırlanmış material bir neçə videorolikdən ibarətdirsə, bu, 1 videomaterial kimi qəbul ediləcək.

4. Təqdim olunan videomateriallar texniki cəhətdən keyfiyyətli, məzmunca maraqlı olmalıdır.

5. Hər videorolikin müddəti 5 dəqiqədən çox olmamalıdır.

6. Distant dərslər üzrə videoyazıların müddəti 10-15 dəqiqə olmalıdır.

7. Videoyazılar 2020-ci il 15 may tarixinədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin elektron poçt ünvanına (regionsector@gmail.com) göndərilməlidir 

8. Təqdim olunmuş videomateriallar müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcəkdir.

9. Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis edilmişdir:

 

 

Mükafatlar:

Hər nominasiya üzrə

Birinci yer – I dərəcəli diplom və müvafiq hədiyyə

İkinci yer – II dərəcəli diplom və müvafiq hədiyyə

Üçüncü yer – III dərəcəli diplom və müvafiq hədiyyə

2 həvəsləndirici mükafat – xüsusi diplom və müvafiq hədiyyə

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi