Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
271

Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının əməkdaşı Sədaqət Hacıyeva Xalq şairi Rəsul Rzanın yaradıcılığına müraciət edərək “Çinar” şeiri əsasında "Azərbaycanın novator şairi" adlı videoçarx hazırlayıb.

Videoçarxı kitabxananın əməkdaşı Zemfira Hacıyeva səsləndirib.

XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb. "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm", "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə" . Şairin "Rənglər" silsiləsi də məşhurdur.

Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.

Yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə də məşğul olan Rəsul Rza bir çox dövlət vəzifələrində çalışıb. 1939-cu ildə Azərbaycan Yazıçıları İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.

Görkəmli şair Rəsul Rza 1981-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

XƏBƏRLƏR

05.06.2020 10:52
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
05.06.2020 10:51
Unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür
05.06.2020 10:45
Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat konfransı keçirilib
04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib