Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2261

Beynəlxalq Muğam Mərkəzindən canlı efir görkəmli xanəndə Xan Şuşinskiyə həsr olunub

Beynəlxalq Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin qonaqları Xalq artistləri Ramiz Quliyev, Mənsum İbrahimov, “Xan Şuşinski Fondu”nun rəhbəri  Bəyimxanım Verdiyeva - Cavanşirova və xanəndə Kamilə Nəbiyeva olub.

Verilişdə ölməz sənətkar Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva – Cavanşirova ilk olaraq dahi ustadları yad etdiyinə görə Mədəniyyət kanalı və BMM-nə  təşəkkürünü ifadə edib. Atası ilə bağlı unudulmaz, əziz xatirələrini bölüşüb. Vurğulayıb ki, evimizdə hər zaman musiqi səsi sədalanıb, görkəmli xanəndələr və musiqiçilər daim evlərinin qonağı olublar. Hər yay Şuşaya səfər etdiklərini və həmin bəxtəvər günlərin xatirələrini də dilə gətirib.

Xalq artisti Ramiz Quliyev verilişin xüsusiyyətini vurğulayıb. Insanların mənəvi ruhuna xidmət edən verilişin Xan Şuşinskiyə həsr edilməsini alqışlayıb. Ramiz Quliyev Xan Şuşinski ilə 1964-cü ildə Filarmoniyaya ilk gəlişi zamanı  tanışlığını xatırlayıb. Görkəmli xanəndə ilə bağlı xatirələrini bölüşüb.

Xalq artisti Mənsum İbrahimov Xan Şuşinski yaradıcılığının xüsusiyyətlərindən söz açıb. Onu muğam sənətimizin simvolu kimi xarakterizə edərək vurğulayıb ki, İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.  Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. O, xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edib. Xan Şuşinskinin öz  mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.

Xanəndənin övladı bildirib ki, musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Həmçinin atasının bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının tarixçəsi ilə bağlı məlumatları diqqətə çatdırıb. Ustad xanəndənin adını daşıyan fondun fəaliyyəti barədə danışıb. Canlı efirdə muğamlarımız səslənib. Xanəndələri Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimov müşayiət edib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb