Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
166

Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb

Azərbaycan yazıçısı Kamran Nəzirli London Ədəbi Mükafatı nominantı olaraq 2015-2019-cu illərin “Ən yaxşı yazıçısı” adına layiq görülüb.

Döş nişanı ilə birlikdə sertifikatı və vəsiqəni, habelə nominant diplomunu Moskva şəhərində yerləşən Beynəlxalq Yazıçılar İttifaqının sədri Aleksandr Qriçenko və Elmi-Fantastik Ədəbiyyat və Kino xadimləri ittifaqının sədri, tərcüməçi Oleq Kolesnikov imzalayıblar. Qəbul olunmuş standartlara görə bu mükafat üzrə nominantların hamısı “İlin ən yaxşı yazıçısı” titulunu da qazanırlar. Bundan başqa, Azərbaycan yazıçısı Beynəlxalq Yazıçılar Təşkilatına həqiqi üzv kimi qəbul olunub.

Qeyd edək ki, təşkilatın müxtəlif ölkələrin yazıçılarından ibarət 293 həqiqi üzvü var.

1954-cü ildə yaradılan yazıçı, şair, dramaturq və jurnalistlərin Beynəlxalq Yazıçılar İttifaqı dünyanın peşəkar yazarlarının ən iri təşkilatlarından biridir. 2010-cu ilə qədər təşkilatın baş qərargahı Parisdə, hazırda isə əsas bölməsi Moskva şəhərində fəaliyyət göstərir. Təşkilat dünyanın 40 ölkəsindən olan yazıçı ittifaqlarını özündə birləşdirir, yazıçı və jurnalistlərin sosial və peşə hüquqlarını müdafiə edir. Bu beynəlxalq təşkilatın prezidenti ABŞ yazıçısı Maykl Svanvikdir (Michael Swanwick).

Beynəlxalq Yazıçılar təşkilatının Prezident Şurasının üzvləri arasında Böyük Britaniya, ABŞ, Rusiya, Polşa, Makedoniya, İsrail, Fransa və s. ölkələrdən olan Tibor Fişer (Tibor Fischer), Sergey Lukyanenko, Andrey Şerbak-Jukov, Konstantin Kedrov, David Kudıkov, Bранkо Çvetkovski, Aleksandr Navroçki, Lev Lapkin, German Naumov, Lidiya Rıbakova, Yevgeni Polyakov və Olqa Natsarenus kimi tanınmış yazıçı, şair və tənqidçilər də var.

Qeyd edək ki, yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan və Belarus Yazıçılar İttifaqının üzvüdür. “Komada olan adam”, “Şeytan işığı”, “Dördüncü Möhür”, “Doğmalar arasında”, “Ağ ev”, “Babalar nağıl danışmırlar”, “Cəmiyyət siyasətin güzgüsüdür” və s. povest, roman, hekayə və publisistik kitablarının müəllifidir. Herman Melvilin “Mobi Dik” romanının Azərbaycan dilinə tərcüməsinə görə o, ABŞ səfirliyinin xüsusi mükafatına da layiq görülüb. Yazıçının Qarabağ mövzusuna dair “Qoca Uşaq” hekayəsi, “Ölməyə icazə verin”, “İkinci nəfəs”, “Qaranlıq oğruları”, “Müharibə”, “Ağ kölgə”, “Ölən uşağın xatirələri” və “Lidiya İvanovnanın qəyyumları” adlı əsərləri gələn il Moskvada rus, ingilis və fransız dillərində nəşr olunacaq Antologiyaya daxil edilib.

XƏBƏRLƏR

04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb
22.07.2020 14:07
Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir