#genclerinifasındaqarabagsevgisi çağırışına qoşulan gənc xanəndə “Segah” muğamını ifa edib
1390
30.07.2020
30.07.2020 09:08
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin başlatdığı #genclerinifasındaqarabagsevgisi çağırışı davam edir.
Çağırışın növbəti iştirakçısı gənc xanəndə Habil Məmmədovdur.
Habil Məmmədov 1988-ci ildə Ağdam rayonunun Hacıməmməd kəndində anadan olub. 2008-2011-ci illərdə Şuşa musiqi kollecində təhsil alıb. İlk orta musiqi məktəbində ustadı Aydın Məmmədov olub, xanəndə 2011-ci ildən musiqi məktəbində dərs deyir.
Gənc xanəndə çağırışa “Segah” muğamı ilə qoşulub.