Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1729

Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib

Mədəniyyət Nazirliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkəmizin kino ictimaiyyətini təbrik edib.

Təbrikdə qeyd olunur ki, 1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq, onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət etmiş, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərdə özünün intibah dövrünü yaşamışdır.

Azərbaycan kino­su­nun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiyallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Xüsusilə ötən əsrin 70-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlmişdir.

1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olmuşdur. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməmiş, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olmuşlar. 

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artmış, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilmişdir. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlanmışdır. Məhz Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin mədəniyyətə diqqət və qayğı siyasətini uğurla davam etdirərək milli kino sənətimizin qorunması və inkişafı ilə bağlı bir çox sərəncamlar imzalamışdır.

Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən artıq bədii, sənədli və cizgi filmi çəkilmişdir. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilmiş 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanmışdır.

Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Diqqətə çatdırılır ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilirmişdir. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınmışdır. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək.

Təbrik müraciəti bu sözlərlə bitir: “Kino kollektiv yaradıcılıq sənətidir. Bir filmin ərsəyə gəlməsində onlarla insanın əməyi olur. Mədəniyyət Nazirliyinin kollektivi bu əlamətdar gün münasibətilə Azərbaycanın kino salnaməsinə adını yazdırmış sənətkarlarımızın xatirəsini bir daha ehtiramla yad edir və çağdaş film sənayemizin inkişafına töhfə verən kino ictimaiyyətinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır".

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib