Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1996

“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Sentyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən cari ilin 14 aprel tarixində elan edilən müsabiqənin əsas məqsədi cəmiyyətdə muzey işi sahəsinə yaradıcı münasibətin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılmasıdır.

Müsabiqə çərçivəsində Museum.az “Facebook” səhifəsinin izləyicilərinə Bakı şəhərinin aparıcı muzeyləri – Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin fondunda qorunub saxlanılan, zəngin tarixə malik olan Azərbaycan incəsənəti, xalça, təsviri və dekorativ-tətbiqi sənət nümunələrindən seçilmiş tarixi, bədii, elmi əhəmiyyət kəsb edən 14 unikal eksponat təqdim edilmişdi. Müsabiqə iştirakçıları eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalı idi.

Müsabiqənin dörd kateqoriya – "Qran Pri" kateqoriyası üzrə 3, "Ən yaxşı xarici dildə yazılan hekayə" kateqoriyası üzrə 4, "Ən yaxşı məktəbli hekayəsi" kateqoriyası üzrə 3 və "Ən yaxşı hekayə" kateqoriyası üzrə 9 olmaqla ümumilikdə 19 qalibi münsiflər heyəti tərəfindən seçilib.

Qeyd edək ki, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, mükafatlandırma mərasiminə iki əsas kateqoriya (Qran Pri və “Ən yaxşı məktəbli hekayəsi) üzrə 5 qalib dəvət olunmuşdu.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov qalibləri salamladı, onları bu müsabiqədə qazandıqları uğura görə təbrik etdi. Bildirdi ki, bütün bəşəriyyətin koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə apardığı günlərdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlar asudə vaxtlarının çox hissəsini onlayn şəkildə keçirirlər. Bununla əlaqədar olaraq Mədəniyyət Nazirliyi tərəfindən bir sıra onlayn layihələrə start verilmişdi. Bunlardan biri də “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqədir.

Anar Kərimov qeyd etdi ki, mədəni irsimizin təbliğində muzeylərin rolu əvəzsizdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  diqqət və qayğısı xüsusilə bu sahəyə də yönəlmiş, muzeylərdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılmışdır.

Həmçinin qeyd olundu ki, hazırda muzeylər toplamaq, mühafizə etmək, öyrənmək və nümayiş etdirmək kimi öz əsas vəzifələri ilə yanaşı, eyni zamanda mədəni-tərbiyəvi, maarifləndirici mərkəzlərə çevrilirlər. Muzeylərdə elmi-tədqiqat və bərpa işləri, müxtəlif mövzulu səyyar sərgilər, lektoriyalar, konsertlər, müxtəlif yaş dövrləri üçün interaktiv proqramlar, fiziki məhdudiyyətli insanlar üçün xüsusi inklüziv layihələr təşkil edilir. “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqə də bu qəbildən təşəbbüslərdən biridir: “Müsabiqə şərtlərinə görə təqdim olunan muzey eksponatlarının arasında qədim dövrlərə aid hərb geyim, miniatürlər, xalça və zərgərlik nümunələri, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov kimi görkəmli rəssamlarımızın əsərləri yer almışdı. Sizlər isə bu dəyərli eksponatların oyatdığı təəssüratlara əsasən öz yaradıcı təxəyyüllünüzün məhsulu olan hekayəni bizə göndərdiniz. Qeyd edim ki, hekayələr ilə şəxsən tanış olmuşam. Onlar həqiqətən çox maraqlı, professional və dolğun məzmunda yazılıb. Sevindirici haldır ki, müsabiqədə bütün yaş təbəqələrindən olan insanlar iştirak etmişlər. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar tələb olunan sanitar-epidemioloji və karantin qaydalarına ciddi riayət olunduğu üçün biz bütün müsabiqə iştirakçılarını tədbirə dəvət edə bilmədik. Amma onlara da diplomlar və hədiyyələr təqdim olunacaq”.

Mükafatları sahiblərinə təqdim edən Anar Kərimov onu da diqqətə çatdırdı ki, müsabiqənin bütün qaliblərinin hekayələrinin toplanaraq kitab şəklində nəşr edilməsi və ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bildirdi ki, bu kimi layihələr nazirlik tərəfindən gələcəkdə də davam etdiriləcək.

Mərasimdən sonra Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalları ilə tanış oldu. Muzeyin direktoru, professor Çingiz Fərzəliyev ekspozisiyalar barədə məlumat verdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb