Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
278

Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 avqust tarixli Sərəncamına əsasən Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bəstəkarın doğulub boya-başa çatdığı Astara şəhərindəki Uşaq Musiqi Məktəbinə onun adı verilib.

Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdən əvvəl musiqi məktəbinin giriş hissəsində Oqtay Kazıminin adının əbədiləşdirilməsini əks etdirən lövhənin açılışı olub.

Tədbir musiqi məktəbinin akt zalında davam etdirilib.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə dahi bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin zəngin həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verib.

O bildirib ki, ulu öndər Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Astara Uşaq Musiqi Məktəbinə və Astara şəhərinin küçələrindən birinə Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazıminin adı verilib.

Tədbirdə musiqi məktəbinin müəllimi Aybəniz Dadaşovanın dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi ilə əlaqədar məruzəsi dinlənilib.

Oqtay Kazıminin gəlini Gülçin Kazımi, qardaşı qızı Elza Kazımova çıxışlarında tanınmış bəstəkarın mahnılarının əbədiyaşar musiqi olaraq daim yaşayacağını bildiriblər.

Musiqi məktəbinin direktoru Çingiz Eyvazov çıxışında kollektivinin üzərinə daha böyük məsuliyyətin düşdüyünü və bundan sonra respublika səviyyəli və beynəlxalq müsabiqələrdə Oqtay Kazıminin adına layiq fəaliyyət göstərəcəklərini söyləyib.

Bəstəkarın oğlu Elçin Kazımi tədbir təşkilatçılarına minnətdarlığını bildirərək atasının mahnılarından ibarət diskləri və onun haqqında yazılmış kitabları musiqi məktəbinə hədiyyə edib.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb