05.10.2020 05:38
Hacıquluların malikanəsi (inv. 341) Şuşa şəhərinin mərkəzi hissəsində yerləşir. Bu üçmərtəbəli bina həm eksteryer, həm də interyerində bütün təmtəraqlı malikanələr kimi milli memarlıq üslubunu özündə əks etdirir. Malikanənin təməli 1849-cu ildə tacir Qulu Məhəmmədəli oğlu tərəfindən qoyulmuşdur.
Şuşa şəhərinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Hacı Quluların malikanəsi top atəşinə tutularaq divarları dağıdılmışdır.
Hazırda malikanənin yalnız xarici divarlardan ibarət xarabalığı qalmışdır.