Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1699

Anar Kərimov ilə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos arasında onlayn görüş keçirildi

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə onlayn formatda görüş keçirmişdir.

Görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş ziyan, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində 2021-ci ildə baş tutacaq 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili, eləcə də Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı müzakirələr aparılmışdır.

A.Kərimov son 30 ildə Ermənistanın apardığı təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycanın vaxtilə işğal edilmiş və hazırda işğaldan azad olunan ərazilərində mövcud olan tarixi-mədəni abidələr və mədəniyyət infrastrukturunun acınacaqlı vəziyyəti, ölkəmizin bütün bu illər ərazində sülh və dialoq təşəbbüsləri barədə Ali Nümayəndəyə ətraflı məlumat vermişdir.

A.Kərimov qeyd etmişdir ki, BMTSA 2010-cu ildən etibarən “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır. O, həmçinin BMTSA-nın 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda yüksək səviyyədə keçirildiyini bildirmişdir. Migel Angel Moratinos Azərbaycan ilə mədəniyyətlər və dinlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə etmişdir.

A.Kərimov BMTSA-nın BMT-nin baş katibi tərəfindən “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nın icrasına məsul qurum kimi mandatını xatırladaraq Azərbaycanın mənşəyindən asılı olmayaraq bütün ibadət məkanlarının qorunması ilə bağlı təşkilatla əməkdaşlığa hazır olduğunu qeyd etmişdir.

M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini vurğulamışdır.

Sonda regionda mədəniyyətlər və dinlərarası münasibətlərin inkişafı ilə bağlı təşəbbüs və layihələrin icrası və həmin layihələrin yaxşı nümunə kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təqdim edilməsi barədə razılığa gəlinmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi