Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1767

Əjdər Qüdrət oğlu Həmidov

Azərbaycan mədəniyyətinə  itki üz vermişdir. Tanınmış teatr və kino aktyoru, respublikanın Xalq artisti, Prezident mükafatçısı Əjdər Qüdrət oğlu Həmidov 2020-ci il noyabr ayının 24-də ömrünün 67-ci ilində  vəfat etmişdir.

Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Mollakamallı kəndində anadan olmuşdur.

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt  Dövlət Dram Teatrına göndərilən gənc aktyor bu teatrın səhnəsində Vəzir (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə),  Qulu (“Tamahkar”, S.S.Axundov),  Milis (“Bəxt üzüyü”, V.Səmədoğlu), Həfçi Məlik (“Adamın adamı”, Anar), Sərsəri (“Bütün Şərq  bilsin”, N.Həsənzadə),  Dursunəli (“Dursunəli və balıbadı”, S.Qənizadə) və s. müxtəlif səpkili rollar oynamışdır.

1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilən Əjdər Həmidov bu sənət ocağında bir-birindən maraqlı obrazlar yaratmışdır. Aktyor bu illər ərzində Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), 1-ci kafir (“Burla Xatun”,  N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”, H.Orucov), Vanya yüzbaşı, Müxbir, Fərəc, Almurad  (“Hökmdar və qızı” –  “Qarabağnamə”,  “Dəlilər və ağıllılar”, “Boy çiçəyi”, “Mənim günahım” İ.Əfəndiyev), Məşədi Oruc, Hacı Kazım, Məkkə Məhəmməd  (“Ölülər”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ sevirəm deməmişdilər”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Əmir (“Füzuli və Əsmər”, M.Seyidzadə), Əzrail (“Teleskop”, Elçin), Yəhudi (“Qadın məhəbbəti”, V.Hüqo), Nəcəf (“Qurbətdən gələn məktublar”, H.Həsənov), Balarza (“Almaz”, C.Cabbarlı) və başqa müxtəlif xarakterli obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır.

Kinoda da özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov “Azərbaycanfilm"in istehsal etdiyi “Kişi sözü” (Qasım), “Lətifə” (Əhməd), “Hacı Qara” (Kərəməli) və s. filmlərdə, “Yoxlama” (Müfəttiş) çoxseriyalı televiziya filmində maraqlı obrazlar yaratmışdır.     

Əjdər Həmidov 2002-ci ildə respublikanın Əməkdar artisti, 2018-ci ildə Xalq artisti fəxri adlarına, habelə müxtəlif illərdə Prezident mükafatlarına layiq görülmüşdür.

Milli teatr və kino sənətimizin zənginləşməsində öz dəst-xətti olan, sənət ömründə öz təbiiliyi, həyatiliyi, emosional təsiri ilə seçilən obrazlar qalereyası yaratmış Əjdər Həmidovun xatirəsi onu tanıyan, sevən çoxsaylı tamaşaçıların, eləcə də sənət dostlarının, həmkarlarının qəlbində yaşayacaqdlır.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi