Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3454

Vətən müharibəsində Qələbəyə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq

Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq. Dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında bu mövzuya həsr  olunmuş dəyirmi masa keçirilib. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə iştirak edib.

Dəyirmi masada çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə həmkarlarını təbrik edib, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyərək, yaralı əsgər və zabitlərimizə şəfalar diləyib.

F.Əlizadə qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə bəstəkarlarımız tərəfindən Azərbaycan xalqının milli azadlıq mübarizəsini, tariximizin faciəvi səhifələrini əks etdirən müxtəlif janrlı  musiqi əsərləri yaradılıb. Onların sırasında  Vasif Adıgözəlovun “Natəvan” operası, “Qarabağ şikəstəsi” oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş “Rekviyem”, Azər Rzayevin “Bakı – 90” simfoniyası, Tofiq Bakıxanovun “Qarabağ harayı” 7 saylı simfoniyasını xüsusi qeyd etmək lazımdır. Vurğulanıb ki, həmişə olduğu kimi, bu gün də Azərbaycan bəstəkarları öz qələmini yerə qoymayıb, xalqımızın bu böyük bayramını əks etdirən yeni əsərlər üzərində çalışacaqlar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öz çıxışında qeyd edib ki, şanlı Ordumuzun bu zəfəri eyni zamanda bütün türk dünyası üçün, bütün müsəlman aləmi üçün böyük mahiyyət kəsb edir. İncəsənətin rəsm, musiqi, heykəltəraşlıq və s. sahələrində fəaliyyət göstərən yaradıcı insanlar öz əsərlərində daima xalqın qəhrəmanlarını vəsf edən sənət nümunələri yaradıblar. Məsələn, Firəngiz Əlizadənin “İntizar” operasında öz təzahürünü tapan böyük xilaskar obrazı bugünkü qələbənin carçısıdır.

Vaqif Əliyev qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbənin qəhrəmanları haqqında da müxtəlif janrlı əsərlər yaranacaq. Bildirib ki, biz bəstəkarlarımızdan Azərbaycan musiqisini dünya miqyasında təmsil edə biləcək yeni möhtəşəm, iri həcmli musiqi əsərləri gözləyirik.

Müzakirələrdə iştirak edən bəstəkarlar – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Xalq artistləri Azər Dadaşov, Sərdar Fərəcov, Vasif Allahverdiyev, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov., bəstəkarlar İlham Azmanlı və Fərid Fətullayev öz fikirlərini bölüşüb, yeni yaradıcılıq ideyaları haqqında fikir mübadiləsi aparıblar.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib