Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5227

UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası öz işinə başlayıb

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərən Hökumətlərarası Komitənin 15-ci iclası bu gün, 14 dekabr tarixində öz işinə başlamışdır. İclası giriş sözü ilə UNESCO-nun Baş direktoru Odre Azule və 15-ci komitənin sədri, Yamaykanın Mədəniyyət, Gender, Əyləncə və İdman naziri Oliviya Qranqe açaraq iştirakçılara uğurlar arzulayıb.

Qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfədir ki, virtual formatda baş tutan Komitənin sessiyası 19 dekabr tarixinədək davam edəcəkdir.  

Hazırda dünyanın 180 ölkəsinin qoşulduğu Qeyri-maddi mədəni irsin qorunması üzrə UNESCO-nun 2003-cü il Konvensiyasını Azərbaycan Respublikası 18 yanvar 2007-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın yerinə yetirilməsinə nəzarəti seçkilər vasitəsilə formalaşan və 24 üzv ölkədən ibarət Hökumətlərarası Komitə həyata keçirir. Qeyd edək ki, ölkəmiz  2018-2022-ci illər üçün bu komitəyə üzv seçilmişdir. Hökumətlərarası Komitə gündəlikdə duran digər məsələlərlə yanaşı, həmçinin,  “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi məqsədilə təqdim edilən nominasiyaları da müzakirə edir və yekun qərar verir. 

Komitənin 15-ci iclasında ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO yanında daimi nümayəndəliyimizin rəsmiləri Vasif Eyvazzadə və Ayaz Qocayev təmsil edirlər. Növbəti günlərdə iclasda “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi üçün baxılacaq nominasiyalar arasında Azərbaycanın təqdim etdiyi "Nar Bayramı-ənənəvi nar bayramı və mədəniyyəti" nominasiya sənədi və  ölkəmizin Türkiyə, İran və Özbəkistan ilə birgə təqdim etdiyi "Miniatür Sənəti" çoxmillətli nominasiya sənədinin müzakirəsi nəzərdə tutulur. Ümumilikdə Komitənin 15-ci sessiyasında üzv ölkələrdən tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi məqsədilə 42 nominasiya faylı, “Təcili Qorunma Siyahısı”na daxil edilməsi üçün isə 4 nominasiya faylı təqdim edilmişdir.

UNESCO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda  “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi